Siyasət
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisində iştirak edib - FOTO
21 Aprel 2011 17:47
Baxış: 476
---------------
12:35
Fransada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində aprelin 18-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi açılıb. Açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi sərgi aprelin 20-də də öz işini davam etdirib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 20-də yenidən tarixi "Vandom" meydanında sərginin fəaliyyət göstərdiyi "Otel de`Eğvö"yə gəlib. Ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu sərgini ziyarət edən məşhur rəssamlar və parisli sənətsevərlər Azərbaycanın birinci xanımını hərarətlə qarşılayıblar.
Bakıdakı Müasir İncəsənət Muzeyində sərgilənən bu əsərlərin Parisdə Fransa ictimaiyyətinə təqdim edilməsi qədim tarixə və zəngin milli mədəni dəyərlərə malik olan ölkəmizin tanıdılması və təbliği baxımından mühüm addım olub. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərilən diqqət bir daha təsdiqləyib ki, YUNESKO-nun xoşməramlı səfirinin fəaliyyəti hər zaman təqdir olunur və buna beynəlxalq miqyasda kifayət qədər ciddi maraq var. Bu sərgi bir daha təsdiqlədi ki, incəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard çalarlarla zəngin olan bu sərginin ekspozisiyasının yaratdığı ovqat daha bir reallığı ortaya qoyub ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət və qayğı göstərilib. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, sənət adamları üçün azad yaradıcılıq imkanlarının təmin edilməsi istiqamətində müntəzəm surətdə həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirib. Təsadüfi deyil ki, Bakıda Müasir İncəsənət Muzeyinin yaradılması ideyası da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə, Rasim və Rəşad Babayevlər kimi məşhur fırça ustalarının əsərlərinin nümayiş olunduğu sərgi ölkəmizin mədəniyyəti və incəsənəti haqqında bu salona gələnlərdə dolğun təəssürat yaradıb. Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov, Tahir Salahov, Aida Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar Məmmədov və Fazil Nəcəfovun əsərlərində paytaxtımızın və insanlarımızın xarakteri Qərb sənətsevərlərinə uğurla təqdim olunub.
Bir sözlə, Parisdə açılan "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi özünün ritmi, plastikası və forması ilə diqqəti çəkib. Parlaq və orijinal ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verib. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir arada təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları tamaşaçılarda böyük maraq doğurub.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən bütün tədbirlər Fransanın kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Milli.Az
17:47

Foto: AzərTAc
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisdə Azərbaycan Mədəniyyəti günləri tədbirlərində iştirak edib - FOTO

DİGƏR XƏBƏRLƏR
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
XƏBƏR LENTİ
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Puxaç “Barselona”nın futbolçusu ilə - (Foto)
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır
-
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
-
Qoşaçayda 14 yaşlı qız nişanlısı tərəfindən güllələndi
-
Azərbaycanda doğulan oğlu müharibədə öldü - Anası olduğunu sübut edə bilmədi
-
Bakıda 23 məktəbə yeni direktor təyin edildi
-
Qara Cümə fürsətindən kim qazanır: Alıcı, yoxsa satıcı? - Araşdırma
-
Bakıda 37 yaşlı qadın hamamda dəm qazından boğularaq öldü
-
Bir erməni ailəsi və yurdundan qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada erməniyönlü jurnalistə qarşı
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
-
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
Noyabrın sonundan həyatı dəyişəcək bürclər: Sizi nə gözləyir?
-
Bazarlarda xurma bu qiymətə satılır
-
Lotereyadan bir milyon uddu, saxlanıldı
-
İvan Perişiç Çempionlar Liqasının tarixinə düşdü
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
“Dünya Gözəli” seçildi - (Fotolar)
-
Pezeşkian Xameneinin məzarı önündə ağladı - (Video)
-
2 min il əvvəl burada kimlər yaşayıb? - Beyləqanda qədim izlər tapıldı