Siyasət
Avropa Şurasının komissarı: “Dağlıq Qarabağ münaqişəsinin siyasi və dinc yolla həlli yeganə həll yoludur”
14 Aprel 2011 10:55
Baxış: 217
Dünən günün ikinci yarısında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi təşkilatın 2010-cu ildəki fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. Sonra komissar ona ünvanlanmış suallara cavab vermişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Rafael Hüseynov da T.Hammarberqə sualla müraciət ediblər.
Qənirə Paşayevanın sualı: AŞ məkanında ən böyük insan haqları pozuntularından biri-15 ildən artıqdır öz evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən tapdanan hüquqlarının bərpası istiqamətində İnsan Hüquqları üzrə Komissar kimi hansı işləri görürsünüz və ya görməyi planlaşdırırsınız? Bu insanların hüquqları Ermənistan tərəfindən kobud çəkildə pozulmaqda davam edir. Eyni zamanda, mən sizin diqqətinizə bir məsələni də çatdırmaq istəyirəm. Bu il martın 8-də erməni snayperi Ağdam rayonunun 9 yaşlı sakinini, kiçik bir uşağı -Fariz Bədəlovu hədəfə alaraq qətlə yetirmişdir. Tək övladını itirmiş ana Sizdən bir İnsan Hüquqları Komissarı kimi bu cinayətin törədənlərin layiqli cəzasını alması istiqamətində dəstək göstərməyinizi gözləyir.
Tomas Hammarberqin cavabı: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, hesab edirəm ki, hamımız razılaşarıq kı, bu problemin siyasi və dinc yolla həlli yeganə həll yoludur. Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bunun məsuliyyəti ilk növbədə Minsk qrupu üçlüyünün üzərinə düşür. Ümüd edirəm ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqları məsələləri ilə məşqul ola biləcəyik. Son vaxtlar həmsədrlər çox büyük fəaliyyət göstərirlər. Amma münaqişənin sülh yolu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti, ilk növbədə, tərəflərin öz siyasi iradəsindən asılıdır.
Milli Məclisin deputatı Rafael Hüseynov komissara bu sualla müraciət edib: Son 10 ildə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyona yaxın azərbaycanlının pozulmuş hüquqlarının bərpası ilə əlaqədar dəfələrlə müraciətlər etmiş, suallar vermişik. Ümumi sözlərdən ibarət cavablar eşidib nəticə görməmişik. İndi sualım daha insanlar haqqında deyil, Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında olan heyvanlarla bağlıdır. Ermənistanın zəbt etdiyi ərazilərdəki suları vaxtaşırı olaraq müxtəlif radioaktiv və bioloji tullantılarla zəhərləməsi nəticəsində bir sıra balıq növləri məhv olmuş, meşələrin amansızcasına qırılması nəticəsində bir sıra quşların və heyvanların normal həyat və artım şəraiti pozulmuş, bu isə öz növbəsində onların kütləvi ölümünə və sürətlə azalmasına gətirib çıxarmışdır. Nəzarətsiz ərazilərdə Ermənistanın saldığı narkotik plantasiyalardan məhsulu topladıqdan sonra izi itirmək üçün həmin torpaqları yandırması səbəbindən bir çox gəmiricilər kütləvi şəkildə qırılmış, bir qisminin nəsli, bir növ kimi, yoxa çıxmışdır. Təbiətdəki balansın pozulması ilə nəticələnən bu hadisələrin də son zərbəsi, əlbəttə ki, insanlara dəyir. Ermənistanın Azərbaycana təcavüzü məsələsində insanların haqlarının qorunması sahəsində öyünüləsi nailiyyətləriniz yoxdur. Heç olmazsa, arzu edilən müəyyən nəticələrin heyvanların hüquqlarının qorunmasında görə biləcəyikmi?.
Tomas Hammarberqin cavabı belə olub: Hesab edirəm ki, İnsan Hüquqları üzrə Komissar mandatım heyvan hüquqlarının qorunmasını nəzərdə tutmur. Əlbəttə ki, biomüxtəlifliyin pozulması, heyvanların yetişdirilməsi, düzgün qida, təmiz həyat tərzi keçirmək hüquqları bu və ya digər formada insan hüquqlarına təsir göstərir. Bizim insan haqları sahəsində çoxlu işlərimiz vardır. Mən öz mandatımı bu sahəyə doğru artırmaq istəməzdim. Amma qaldırdığınız məsələlərlə bağlı mənə daha ətraflı məlumat verə bilərsinizsə, bunu nəzərdən keçirə bilərəm.
AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi