Siyasət
Yeni Azərbaycan Partiyası ümumrespublika müşavirəsi keçirib - FOTO
9 Aprel 2011 17:58
Baxış: 193
Milli.Az xəbər portalı AzərTAc-a istinadən bildirir ki, müşavirəni açan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, partiyanın ictimai-siyasi proseslərdə iştirakından və digər məsələlərdən danışıb.
O deyib ki, Prezident, partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramları nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dəyişir, müasirləşir, insanların həyatının keyfiyyəti yüksəlir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davamı vətəndaşlarda Yeni Azərbaycan Partiyasına inam və etimadı daha da gücləndirir. Ötən ilin noyabrında keçirilən parlament seçkilərinin nəticələri bunu bir daha təsdiqlədi. Bu nəticənin əldə olunmasında YAP üzvlərinin, partiyanın yerli strukturlarının səmərəli fəaliyyəti də mühüm rol oynayıb.
Ə.Əhmədov bildirib ki, ənənəvi olaraq keçirilən bu cür müşavirələrdə görülən işlərə yekun vurulmaqla yanaşı, qarşıda duran vəzifələr də müzakirə edilir, gələcək addımlar müəyyənləşdirilir.
Azərbaycan cəmiyyətində YAP-a böyük etimadın olduğunu vurğulayan Ə.Əhmədov bunun partiyanın sıralarının artmasında özünü açıq şəkildə göstərdiyini qeyd edib. Onun sözlərinə görə, hazırda partiya üzvlərinin sayı 530 min nəfərdən çoxdur. Bu göstərici insanların Prezident İlham Əliyevin siyasətinə və onun rəhbərlik etdiyi partiyaya olan dərin inamının bariz nümunəsidir.
YAP sədrinin müavini bildirmişdir ki, Prezident İlham Əliyevin siyasətinin məqsədi Azərbaycanı zəngin, qüdrətli və firavan dövlətə çevirməkdən ibarətdir. Bu məqsədlə qarşıdakı dövrdə də böyük proqramlar və layihələr həyata keçiriləcək.
Müşavirədə qarşıda duran vəzifələrə dair geniş fikir mübadiləsi aparılıb, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verilib.
Milli.Az

Foto:AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
XƏBƏR LENTİ
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır