Siyasət
“Terror təhlükəsi bəyanatı ABŞ-ın Azərbaycanla bağlı buraxdığı səhv idi”
7 Aprel 2011 11:07
Baxış: 165
"Bü gün Azərbaycanda hər hansı bir terror təhlükəsi ola bilməz. Hüquq-mühafizə orqanları Azərbaycanda ictimai asayişin qorunması üçün vəzifələrini yüksək səviyyədə yerinə yetirirlər. Terrorla mübarizə taktikasının metodologiyasını Azərbaycan ilk növbədə
Qərb dövlətlərindən öyrənib və bu məsələdə həmin dövlətlərin müvafiq
strukturları ilə həmişə yaxından əməkdaşlıq edir".
Milli.Az xəbər portalı bildirir ki, Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvü Aydın Mirzəzadə "Olaylar"a müsahibəsində ölkəmizdə bu məsələdə narahatçılığa əsas olmadığını deyib.
Millət vəkili bildirib ki, ABŞ-ın guya Azərbaycanda terror təhlükəsi olması ilə bağlı bəyanatlar verməsinə səbəb uzun müddət həmin ölkənin burada səfirinin olmamasından irəli gəlirdi. Digər ölkələr isə bu yöndə tam informasiyaları olmadığından ABŞ-ın informasiyasına istinad edən bu tipli bəyanatlar verdilər: "Göründüyü kimi, ABŞ-ın Azərbaycana yeni səfiri təyin edildikdən və o, Azərbaycana gələrək fəaliyyətə başladıqdan sonra ölkə ictimaiyyəti ilə çox sıx münasibətlər qurmağa çalışır, görüşlər keçirir, Azərbaycanda keçirilən müxtəlif tərbirlərdə iştirak edir. Bununla yanaşı, səfirliyin fəaliyyətində də hər hansı bir məhdudiyyət qoyulmayıb. Yəni, burada ziddiyyət yaranır".
A.Mirzəzadə hesab edir ki, ABŞ-ın müəyyən dairələrinin Azərbaycanla bağlı ehtiyatsız bəyanatlar sərgiləməsi, beynəlxalq aləmdə düzgün olmayan təsəvvür yaratması, bu, heç də ABŞ-ın bu regionda maraqlarına cavab vermir: "Hər halda, bu bəyanatdan sonra ABŞ bir daha bu mövzunun üzərinə qayıtmadı. Hətta, yeni səfir Metyu Brayza belə bu məsələni çox da geniş izah etməyə ehtiyac görmədi. Bunun özü göstərir ki, ABŞ-ın bu məsələdə buraxdığı səhv sonradan özünün analitikləri tərəfindən araşdırılaraq, bu məqamı artıq genişləndirmək istəmədiklərini bir daha büruzə verir".
Millət vəkili deyir ki, terror təhlükəsi bəyanatı ABŞ-ın Azərbaycanla bağlı buraxdığı ehtiyatsız bir addım idi və bu məsələ artıq qapadılıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
-
Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir
-
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
-
Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin
-
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb
XƏBƏR LENTİ

Prezident İlham Əliyev: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür
-
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
-
Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin
-
Prezident İlham Əliyev: Xankəndidə də Zəfər Muzeyi olacaq
-
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib
-
Prezident İlham Əliyev: Bu gün biz azad Qarabağda qurub-yaradırıq
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb
-
Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - Video
-
Hava ilə bağlı son məlumat
-
8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif
-
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
-
“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
-
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
-
Messinin çantası diqqət çəkdi (Foto)
-
Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir - Kamaləddin Qafarov
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Böyükşor yolunda ağır qəza