Siyasət
Gültəkin Hacıbəyli: "Qondarma "soyqırımı" böyük dövlətlər birlikdə uydurub"
3 Mart 2010 16:45
Baxış: 242
- Martın 4-də ABŞ Konqresinin Numayəndələr Palatasının xarici əlaqələr komissiyasında "erməni soyqırımı"na dair qətnamənin müzakirəsi gözlənilir. Sizcə, ABŞ qondarma "soyqırımı" tanıyacaqmı?
- ABŞ-ın qondarma erməni soyqırımını tanıyacağını düşünmürəm. Belə bir addım ilk növbədə ABŞ-ın öz milli maraqlarına ziddir. Sadəcə Türkiyəyə yerini göstərmək, ona təzyiq etmək istəyirlər. Bununla belə, istənilən halda hadisələrin ən pis ssenari ilə inkişafına hazır olmalıyıq. Qorxaq min dəfə ölər, igid bir dəfə.
- Artıq bir çox ölkələr qondarma "erməni soyqırımı"nı tanıyıb. ABŞ kimi böyük dövlətin də belə bir addım atması "domino effekti" verməyəcək ki?
- İstənilən halda dünya ölkələrinin qondarma "soyqırımı" tanıması müsbət hal deyil. Bu, gələcəkdə Türkiyəyə qarşı təzminat tələblərini, ərazi iddialarını dogura bilər. Amma unutmayaq ki, Türkiyənin bu gün bu ərazilərdə mövcud olmasının özü vaxti ilə heç bir dövlətin dəstəyi ilə yox, məhz türkün, onun silahının gücünə, həm də bütün dünya iradəsinin ziddinə mümkün olub. Ötən əsrin əvvəllərində də bütün dünya türkün əleyhinə idi, Osmanlını parçalamaq istəyirdilər. Demək olar ki, Türkiyənin torpaqlarının hansı hissəsinin hansı dövlətə verilməsini kağız üzərində həll də etmişdilər. Türkiyənin yenidən dirçəlməsi, dövlət kimi yaranması və ayaqda durması böyük Atatürkün və türk xalqının iradəsi nəticəsində mümkün oldu. Bu qədər çətin vəziyyətdən çıxmağı bacaran yoxsul, pərən-pərən olmuş Türkiyə bu günki iqtisadi, siayasi qüdrətiylə hansısa parlamentin qətnaməsi qarşısındamı aciz qalacaq?
Həm də bu gün Türkiyə artıq tək deyil. Regionun lideri, daha böyük dairələrdə də sözünü deməkdə olan Azərbaycan da, Orta Asiyanın lider dövləti Qazaxıstan da Türkiyənin arxasındadır.
Bununla belə, istənilən halda arzu edirəm ki, bu qətnamə qəbul olunmasın. ABŞ-Türkiyə, ABŞ-Azərbaycan münasibətlərində gərginliyin yaranmasını arzulamazdım. ABŞ unutmamalıdır ki, bütün təhdidlərə, hər cür çətinliklərə baxmayaraq, Türkiyə uzun illər ABŞ-ın yanında yer alıb, regionda ən yaxın müttəfiqi olub. Azərbaycanda da ABŞ-ın maraqları ən yüksək səviyyədə təmin olunub və enerji layihələrinin əsas iştirakçılarından birinə çevrilib.
- Ümumiyyətlə, dünyadakı belə ermənipərəst mövqeyin səbəbi nədir?
- Ötən əsrin əvəllərində erməni kartı ilə çox dövlətlər oynadı. Yeganə Rusiya oldu ki, bunun qarşılığında əvəzini hətta artıqlaması ilə ödədi, onlara Cənubi Qafqazda yoxdan dövlət yaratdı. Əlbəttə, Rusiyanın da burada öz maraqları var idi. Məsələn, Cənubi və Şimali Azərbaycan, o cümlədən Türkiyə və Azərbaycan arasında bufer zonası yaratmaq məqsədi güdürdü.
Amma ermənilərdən istifadə edən, Türkiyə ordusunun kürəyinə zərbə vuracağı təqdirdə Böyük Ermənistan yaratmağa söz verən "Antanta" bloku- İngiltərə, Yunanıstan, Fransa, İtaliya heç nə etmədi. Bu mənada onların ermənilərə "tarixi borcu" qalıb və erməni lobbisi də bunu zaman-zaman onlara xatırladır. Niyə Qərb olmayan bir "soyqırım"a belə dəstək verir, nə üçün dünya bu qədər ağ yalana uyur suallarının cavabı əslində sadədir. Çünki bu yalanı vaxtı ilə elə həmin dövlətlər birlikdə uydurub.
- Türkiyənin bu şəkildə "vurulması" İranın regionda lider dövlətə çevrilməsinə səbəb ola bilərmi?
- Amerika İranla bağlı siyasətinin konturlarını son vaxtlar daha da konkretləşdirib. Artıq heç kimə sirr deyil ki, ABŞ İrana müdaxilə edəcək. Digər tərəfdən Vaşinqton İranın içində gedən siyasi proseslərə də milyardlarla dollar ayırır. Mən heç də İranda gedən proseslərin demokratik mahiyyətini şübhə altına almaq istəmirəm. Hər halda, ABŞ-ın bu prosesləri öz maraqlarına uyğun yönəltməyə çalışdığı sirr deyil. ABŞ yaxşı bilir ki, İslam şərqində lider rolu heç vaxt İrana keçə bilməz. Əks halda, böyük təlatümlər yaşana bilər. İranın özünün gələcək perspektivi şübhə altındadır. İranın liderliyi yüzillər əvvəl bitmiş mövzudur. Artıq yüzillərdir ki, İslam Şərqinin aparıcı dövləti Türkiyədir. Bu gün ABŞ-ın Türkiyəyə daha çox ehtiyacı var, nəinki Türkiyənin ABŞ-a. Bu gün Əfqanıstanda NATO qoşunlarının komandanlığı Türkiyə edir. ABŞ nə qədər güclıü dövlət olsa da, şərqdə yaddır. İstər İraqda, istər Əfqanıstanda Türkiyə olmadan ABŞ duruş gətirə bilməz. Amerika gözəl anlayır ki, Türkiyəyə böyük ehtiyacı var. Onu da nlayır ki, ümumiyyətlə, türk faktorunun Şərqdə böyük perspektivi var. Baxın, bütün təbii sərvətlərinə baxmayaraq, 25 ərəb ölkəsi birlikdə öz iqtisadi gücünə görə Avropa ilə rəqabət apara bilmir. Nəinki Avropa ilə, heç Türkiyəyə rəqib olmaq gücündə deyillər.
Eyni zamanda Azərbaycan da sürətlə inkişaf edir, güclənir. Qazaxıstan da intibah dövrü yaşayır. Sabah Qırğızıstanın, Türkmənistanın da gücə çevrilmək perspektivləri var. Bütövlükdə çox böyük, geniş geosiyasi bir türk zolağı yaranır.
- Hadisələrin ən pis variantda inkişaf edəcəyi təqdirdə Azərbaycan nə edəcək və bu proseslər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə necə təsir göstərəcək?
- Sözsüz ki, biz həmişə Azərbaycan olaraq Türkiyənin yanında olmuşuq, yenə də onun yanında olacağıq. Bunu bizə ümummilli lider Heydər Əliyev vəsiyyət edib. ATƏT-in Minsk Qrupunun 3 həmsdər ölkəsindən biri Fransa qondarma "soyqırımı"nı tanıyıb. Digər həmsədr ölkələr- Rusiya və ABŞ-da da bunun tanınması üçün işlər intensivləşib. Fransa və Rusiyanın Ermənistanla hərbi müqaviləsi var. Rusiya ordusu elə Ermənistan ordusu deməkdir. Fransa da işğalçı ölkəyə sıx hərbi-siyasi dəstək göstərir. Onlardan yalnız, qismən də olsa, ABŞ-ın Azərbaycana loyal münasibətinə ümid edirdik. Düzdür, ABŞ-da qondarma "DQR"-ə birbaşa maliyyə yardımı edir, amma bunu humanitar yardım kimi qələmə verir. Əgər bu gün ABŞ da qondarma "soyqırımı" tanısa, bu, belə bir həqiqəti bir daha ortaya qoyacaq ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini ATƏT-in Minsk qrupu formatından gözləmək doğru deyil. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yalnız Azərbaycan dövlətinin, onun prezidenti və xalqının iradəsi daxilindədir və bu işdə yanımızda olan yeganə dövlət də Türkiyədir.
Yaşar
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Əli Əsədov yeni qərar imzaladı
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
-
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb
XƏBƏR LENTİ
-
Niyə bəzi yumurtalar çətin soyulur?
-
Tez-tez kolbasa yemək xərçəng riskini artırır
-
Tərəvəzləri sirkəli suda saxlayanların nəzərinə!
-
Təzə balığı necə seçmək olar?
-
Qarpızı hansı aylara qədər yemək məsləhətdir?
-
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
-
Yuxunu qaçıran qidalar: Gecələr bunları yemək məsləhət görülmür
-
Bu göyərti yüksək təzyiqin qarşısını alır
-
Niyə bəzi yumurtalar asan soyulmur? - Heç kim bunun səbəbini bilmirdi
-
Avqustda 4 bürcə pul gələcək
-
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib
-
“Alnım açıq, başım dik” - Sıladan açıqlama
-
Məşhur repçiyə qarşı sui-qəsd planı: 7 nəfər həbs edildi
-
Karyerasında uğur qazanacaq bürclər
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq
-
Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz - Tramp
-
Yenidən eyni layihədə rol alacaqlar
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
-
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü