Siyasət

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri: "Döyüşməyə hazırıq"

26 Fevral 2010 13:21
Baxış: 184
Trend News-un məlumatına görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov jurnalistlərə belə deyib. Onun sözlərinə görə, müharibə Ermənistan və Azərbaycan arasında gedir, icma isə dövlətin üzərinə düşən işi görə bilməz.

Dağlıq Qarabağ icmasının rəhbəri hesab edir ki, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar: "Münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılmalıdır, Dağlıq Qarabağın müstəqilliyi məsələsi müzakirə mövzusu ola bilməz".

Onun sözlərinə görə, münaqişənin nizamlanması prosesi nə zamansa başa çatmalıdır: "Əgər sülh yolu ilə problemin həlli mümkündürsə, danışıqlar prosesi davam etdirilməlidir. Əks təqdirdə, hərbi yolla torpaqlarımızı geri qaytaracağıq və hamımız döyüşməyə hazırıq".

B.Səfərov işğaldan azad olunandan sonra azərbaycanlı icması ilə erməni icmasının yanaşı necə yaşayacağı sualına da cavab verib: "Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan hər bir kəs bizim dövlətin vətəndaşıdır. Həmin vətəndaşlar Azərbaycan qanunlarına əməl edib, bu ölkədəki digər xalqlar kimi yaşamaq hüququna malikdirlər. Çünki biz demokratik ölkənin vətəndaşlarıyıq".

/Trend News/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.