Azərbaycana qarşı qəbul edilən "qətnamə" adlı kağız parçaları, bəyanatlar, müxtəlif təzyiq cəhdləri və s. - bütün bunlar istər-istəməz bir sual yaradır: Avropa bizdən nə istəyir?
Əgər Avropanın bizdən istədiyi qazdırsa, bizim də Avropaya vermək istədiyimiz elə qazdır. "Cənub Qaz Dəhlizi" layihəsi, eləcə də Transanadolu və Transadriatik boru kəmərlərinin məqsədi Avropaya qaz tədarüküdür. Bu, Azərbaycana gəlir gətirəcəksə, Avropanın qaza olan tələbatını ödəyəcək, həm də qitənin Rusiyadan qaz asılılığına tədricən son qoyacaq. Məgər elə Avropanın da istədiyi bu deyil? Belə görünür ki, Avropa bununla kifayətlənənə oxşamır.
Bəs Avropa bizdən nə istəyir? İnsan hüquqlarının təmin edilməsimi? Burada Avropanın bir qədər pauza verməsi məsləhətdir. Məgər biz Şimali Koreyada və ya uyğurların insan hüquqlarının heyvan kimi tapdalandığı Çində və ya havadan atılan bombaların az qala adi həyat hadisəsinə çevrildiyi bir sıra Yaxın Şərq ölkələrində və ya qaradərili insanların məhz qaradərili olduğuna görə polis gülləsinə tuş gəldiyi ABŞ-da yaşayırıq? Bəs Avropa insan hüquqları deyəndə nəyi nəzərdə tutur? "Siyasi dustaq" adı verdiyi yalmanan cinayətkar köpəklərinin azad edilməsinimi? Axı niyə Avropa insan hüquqları deyəndə, erməni işğalı nəticəsində doğma yurdlarına qayıda bilməyən 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü yada salmır?
Görünən budur ki, Avropa hələ də müstəmləkəçilik xəstəliyindən xilas ola bilməyib. Sadəcə, XXI əsrdə bu niyyətini "insan hüquqları" adı altında həyata keçirmək istəyir.
Bəs Avropanın "insan haqları" adı altında bizə sırımaq istədiyi nədir? Yəni Avropa Azərbaycan vətəndaşlarından ötrü bu qədər narahatdır? Buna yalnız yadplanetlilər inana bilər.
Bəlkə, Avropa bizdən kişilərin... üzr istəyirəm kişilərlə, cinsi erkək olanların nikahına qanunla icazə verməyimizi istəyir? Bu dəfə Avropadan üzr istəyirəm - bizim cəmiyyət belə "azadlıqlar"ı normal qəbul edəcək qədər "inkişaf" etməyib. Və nə yaxşı ki, etməyib. Yoxsa Avropanın qanunla nikahlarına icazə verdiyi erkəklər Bakı küçələrində də artardı...
Bəlkə, bu qoca qitə bizdən mütəmadi "gey-parad" təşkil edib "azadlığın fövqündə" durmağımızı istəyir? Xeyr, biz Taksimdəki biabırçılığa izn vermərik!
Bəlkə, Avropa bizdən "rəngli inqilab" edib Ukrayna kimi ərazimizin daha bir hissəsini itirməyimizi istəyir? Burada da stop! - Biz artıq növbəti ərazi itkisinə dözə bilmərik! Hər halda son dövrlərin "rəngli inqilab"lar edən ölkələrinin aqibəti yalnız ağ-qara oldu.
Zaman-zaman dünyada aranı qatan, müstəmləkəçilik siyasəti yürüdən, dünya müharibələri ilə dünyanı xaraba qoyan, ərəblərə "bombalı demokratiya" gətirmək istəyən bu qoca qitənin məqsədi nədir? Bütün millətlər bu kaftarın müəyyən etdiyi standartlarla yaşamağa məcbur deyil axı. Axı insan haqlarını bir qəlibə salıb bütün millətlərə eyni dərəcədə tətbiq etmək mümkün deyil. Hər bir millətin öz yaşam tərzi var. Bizim üçün azadlıq olan Avropa üçün "geridəqalmışlıq", Avropa üçün "müasirlik" olan bizim üçün əxlaqsızlıq və s. ola bilər. Yəni bütün bunları dərk etmək çətin məsələdir? Bəlkə biz "Avropaya inteqrasiya" deyəndə Avropanın qulbeçəsi olmağı nəzərdə tutmuşduq? İnteqrasiya heç də o demək deyil ki, Avropa nə edəcəksə, biz də təkrarlayacağıq.
Ötən gün Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışından sitat: "Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik".
Şərhə ehtiyac yoxdur...
Hələ Azərbaycan qaz verməmiş Avropa belə qazlanıb. Bəs qaz alandan sonra nə istəyəcəklər? "Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da"? Artıq Avropanın qazını almağın vaxtı çatıb.
Bəxtiyar Hacıyev