Siyasət
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış oldu - FOTO
16 Aprel 2015 18:01
Baxış: 4 585
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, metropolitenin qatar parkının yenilənməsi məqsədilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan, böyük nüfuza malik və "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin səhmlərinin 25 faizinin sahibi olan Fransanın "Alstom" şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə "Bakı Metropoliteni" QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda "hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Dövlətimizin başçısına məlumat verildi ki, qısa vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də burada Diaqnostika Kompleksinin yaradılmasıdır. Belə ki, xaricdə istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompyuter avadanlığı, GPS - koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş Diaqnostika Kompleksi qatarların hərəkətinin tam təhlükəsizliyini, səlistliyini və sərnişindaşımanın rahatlığını təmin edəcək. Kompleksin əsas vəzifəsi qatarların avtomatik sürət tənzimlənməsi sisteminin kod və siqnallarını nəzarətdə saxlamaqdır. Bundan başqa, Diaqnostika Kompleksinin verdiyi imkanlardan bəhrələnərək rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi, tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğulara teplovizion nəzarətin aparılması mümkündür. Kompleks, həmçinin qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verəcək.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Qeyd edək ki, son vaxtlar Bakı Metropolitenində aparılan abadlıq işləri nəticəsində depo ərazisindəki park yenidən qurulub. Burada depo işçiləri üçün yeməkxana və ehtiyat avadanlıq saxlanan böyük anbar kompleksi tikilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
-
Baş nazirdən Neftçala ilə bağlı yeni qərar: GES tikintisi müddəti 1 il uzadıldı
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
XƏBƏR LENTİ
-
Külli miqdarda çətənə kolları və silah-sursat aşkarlanıb
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
-
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi
-
Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü
-
Qaradağda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı
-
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı açıqlandı
-
Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı
-
Avtovağzal və Xocəsəndən gələnlərin NƏZƏRİNƏ: Metroda yeni keçid stansiyası tikilir
-
"Bəxtimiz gətirmədi" - Montella məğlubiyyətdən danışdı
-
Özünü prokurorluq əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxs həbs edilib
-
Yumurta bu gün də 1 qəpikdir - (Foto)
-
Tohoku zəlzələsi ilə bağlı yeni elmi araşdırma
-
Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışdan kənarlaşdırıldı - Yenilənib
-
Dünya bazarında Azərbaycan nefti bahalaşdı
-
Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?
-
Türkiyə üçün DÇ erkən bitdi
-
DİM sabah təkrar imtahan keçirəcək
-
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
-
BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
-
Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
-
Dünya maliyyə sistemində çatlar dərinləşir: Yeni böhran yaxınlaşır?
-
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
-
Göygöldə mikroavtobus aşdı, 4 nəfər xəsarət aldı
-
Burakın anasını özündən 8 yaş böyük aktrisa canlandıracaq