13:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın etimadnaməsini qəbul edib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, səfir Marek Tsalka fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Marek Tsalka etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlətimizin başçısı Polşa şirkətlərinin ölkəmizdə, Azərbaycan şirkətlərinin isə Polşada həyata keçirilən birgə layihələrdə daha fəal iştirak etmələrinin önəmini qeyd etdi.
Səfir Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğuladı. O, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.
Milli.Az
-----------
14:14
Böyütmək üçün şəkillərə klikləyin.
Foto: AzərTAc
Siyasət
Prezident İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB - FOTO
27 Fevral 2015 14:14
Baxış: 615
DİGƏR XƏBƏRLƏR
- Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşdü
- Maya Sandu İlham Əliyevi təbrik etdi
- Avropa Parlamentində yoxlama - Ənənəvi problem...
- Ceyhun Bayramov Qazaxın 4 kəndinin qaytarılmasından danışdı
- COP29 Azərbaycan və Pakistan arasında əməkdaşlıq üçün əlavə imkanlar yaradacaq - Ceyhun Bayramov
- Xaricdəki söyüş söyənlərə pul ötürən məmur kimdir?
XƏBƏR LENTİ
- Köçəryan gizli şəkildə yeni partiya yaratdı
- Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşdü
- Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq
- Maya Sandu İlham Əliyevi təbrik etdi
- Boşanma qərarı verən Alsu Krımdakı villasını satır - FOTO
- Erməni qız sərhədçilərimizin görüntüsünü paylaşdı, bunları yazdı - FOTO
- Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
- Millimizdən qollu heç-heçə - FOTO
- Xoşqədəm “İxtiyarım yoxdur” deyə-deyə Xalq artistinin qohumlarını qınadı
- Daha 15 ailə Şuşaya qayıtdı - YENİLƏNİB - FOTO
- Ölmüş heyvan ətini satmaq istədi, cəzalandırıldı - FOTO
- Şahin Diniyev: “Bunu tək mən bilirəm” - VİDEO - FOTO
- “Simpatiçni” ölmək istəyirəm”
- "Cığır" romanı Türkiyə türkcəsində ikinci dəfə çap edildi
- Zavallı Ermənistan: casus katolikos, fırıldaqçı "aksiya lideri" və aldanan ermənilər
- Avropa Parlamentində yoxlama - Ənənəvi problem...
- Sözə baxmayan uşaqlar üçün qəbirlər qoyuldu - VİDEO
- Ceyhun Bayramov Qazaxın 4 kəndinin qaytarılmasından danışdı
- Mayın son günü 33° isti olacaq
- Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsini qınadı
- Türk Mədəniyyəti və İrsi Fondu və Gülnarə Xəlilova "Qarabağın cizgiləri" layihəni təqdim ediblər - FOTO
- "Sənin üçün ölürəm deyir, sabah isə başqasının..." - VİDEO
- AFFA-dan “Neftçi” – “Sabah” oyununa SƏRT REAKSİYA
- “Ölü”də diri qalıb... - FOTOlar