Şou-biznes

Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi

30 May 2024 09:34
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur aktyoru Kadir İnanırın səhhəti yenidən pisləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, 75 yaşlı sənətçi bu gün xəstəxanaya yerləşdirilib. Hələlik aktyorun səhhəti ilə bağlı heç bir açıqlama verilmir.

Qeyd edək ki, 2021-ci ildə Kadir İnanırın səhhətində problem yaranmışdı. Aktyorun beyin damarında laxtalanma olmuşdu. Sonuncu dəfə aktyor mart ayında xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.