Siyasət

Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşdü

30 May 2024 14:07
Baxış: 390

Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb.

Milli.Az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb.

Tərəflər Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri də müzakirə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.