Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il ərzində Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Ağdamda olarkən jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı yaradılıb. Park 190 hektar ərazini əhatə edir. Artıq Sənaye Parkının 60 faizdən çox hissəsi dolub, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib.
"Qeyd edim ki, digər sənaye zonaları kimi Ağdam Sənaye Parkına da sahibkarlar tərəfindən böyük maraq göstərilir, belə ki bir maraqlı nüansı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarından Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı hazırda Ağdam Sənaye Parkındadır.
Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 27 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 1900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Hazırda Sənaye Parkında bir çox rezidentlər tərəfindən tikinti-quraşdırma işləri tam başa çatdırılıb, yaxın vaxtlarda istehsal fəaliyyətlərinə başlamaları nəzərdə tutulur. Bəzi rezidentlər tərəfindən isə tikinti-quraşdırma işləri davam etdirilir. Bunların da bəzilərində işlərin bu il ərzində yekunlaşması planlaşdırılır.
Bu il Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların istehsalı və s müəssisələrin bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Həmçinin hazırda Ağdam Sənaye Parkında dövlət vəsaiti hesabına rezidentlər üçün infrastrukturun qurulması, elektrik yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir", - deyə sədr əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
XƏBƏR LENTİ
-
Bir vaxtlar xəbər aparıcısı idi, indi isə KRALİÇADIR - VİDEO
-
Hovuz suyunun gözlərə zərəri
-
Öpüşmək zamanı etdiyimiz səhvlər
-
DÇ-2026: Niderland - Yaponiya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB
-
Almanlar bu dünyada "cənnəti yaşayırlar" - Müzakirə yaradan GÖRÜNTÜ - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Köçəryanın saxlanılmasının görüntüləri - FOTO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
-
Pəncərə kənarındakı qara ləkələri təmizləməyin sadə üsulu
-
Prezident İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular
-
Günün qoroskopu: Borc, kredit, investisiyalarla bağlı qərarlarda ehtiyatlı olun
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
Pezeşkian: Əli Xamenei ilə ABŞ məsələsini şəxsən müzakirə etdim
-
Şamaxı-İsmayıllı yolunda ağır qəza - Maşın aparan evakuator aşdı - VİDEO
-
Paşinyan: Ermənistandan qaçmağa fürsətiniz olmayacaq
-
Egey dənizinin qərbində 5 ballıq zəlzələ oldu
-
DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - YENİLƏNİB
-
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO





