Avropa Parlamentində yoxlama - Ənənəvi problem...
Avropa Parlamenti ilə bağlı ənənəvi, artıq qeyri-adi olmayan iddialar səslənməkdədir. "Politico" nəşrinin yazdığına görə, Avropa Parlamentində reyd keçirilir. Reydlər rüşvət iddiaları ilə bağlıdır. Nəşrin məlumatında qeyd olunub ki, parlament üzvlərindən bəziləri külli miqdarda pul qarşılığında Rusiyanın təsiri altında fəaliyyət göstərir.
Rüşvət qalmaqal "Voice of Europe" nəşri ilə bağlıdır. Rusiyanın təbliğat maşını kimi təqdim olunan "Avropanın səsi"nin bəzi siyasətçilərə qanunsuz pul köçürülməsi üçün istifadə olunduğu iddia edilir. Deyilənlərə görə, Praqada keçirilən görüşlər zamanı yüz minlərlə avro nağd pul şəklində və ya kriptovalyuta kanalları vasitəsilə köçürülüb. "Avropanın Səsi"nin bu kimi fəaliyyətinə birbaşa nəzarət etməkdə Ukraynada rusiyayönlü telekanalın keçmiş prodüseri Artem Marçevski ittiham olunur.

Avropa Parlamentində rüşvət qalmalı ilk hal olmadığına görə heç də təəccüblü görünmür. Çünki, artıq Aİ-də, eləcə də AP-də korrupsiya kök salıb və dərinləşib. Avropa Parlamentinin təsir altına düşən nümayəndələrinin zərərini görən ölkələrdən biri də Azərbaycandır. Belə ki, AP-də fəaliyyət göstərən anti-Azərbaycan qrupu da bu şəbəkənin içindədir. Onlar da Ermənistana dəstək əldə etmək istəyən, həmçinin qanunsuz biznes fəaliyyətini davam etdirmək niyyətində olan erməni oliqarxlardan, mafiya başçılarından külli miqdarda rüşvət qəbul edirlər. Onlardan biri erməni mafiyasının Belçikadakı əsas siması Kaspar Karampetyandır.
Xatırladım ki, 2022-ci ilin dekabrın 9-da Avropa Parlamenti (AP) olduqca ağır bir korrupsiya qalmaqalı ilə üz-üzə qalıb. Dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi bu tarixdə Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs edib. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya yaradıb. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla körfəz ölkələrindən birinin (Qərb mediası daha sonra bu ölkənin Qətər olduğu açıqladı) xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham edib. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlanıb. Son bir həftə ərzində aparılan axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapılıb. Müstəntiqlər bildiriblər ki, sözügedən korrupsiya şəbəkəsi bir neçə aydır, həmin Körfəz ölkəsinin xeyrinə AP-nin müxtəlif iqtisadi və siyasi qərarlarına təsir etməyə çalışıb.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)





