Novruz Məmmədov: "Görünür, Jirinovski Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərlə bağlı ətraflı məlumat alıb"
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə "Rossiya 24" telekanalında Azərbaycan və Azərbaycan rəhbərliyi haqqında səsləndirdiyi fikirlərə görə təşəkkür edib. Trend-in məlumatına görə, bu barədə Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Azərbaycan, onun Ümummilli Lideri və Prezident İlham Əliyev haqqında "Rossiya 24" telekanalında dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm".
Prezident Administrasiyası rəhbərinin müavini, həmçinin vurğulayıb ki, "RBK" kanalında bəzi jurnalistlər "Rossiya 24"-ə baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var: "Amma görünür ki, RBK-nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez "səhv salırlar"".
N.Məmmədovun sözlərinə görə, görünür, V.Jirinovski Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərlə bağlı ətraflı məlumat alıb: "Onun Azərbaycan, Ümummilli Lider və Prezident İlham Əliyev haqqında fikirləri, mühüm məqamlara verdiyi yüksək qiymət həqiqətin qələbəsidir".
Qeyd edək ki, Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.
O, qeyd edib ki, real müsbət nümunə var: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".
Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib. O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb.
Jurnalistin sualını cavablandıran RLDP lideri Azərbaycanın pespektivdə Gömrük İttifaqına daxil olma ehtimalını istisna etməyib.
V.Jirinovski qeyd edib ki, Azərbaycan və Rusiya rəhbərləri və hökumət üzvləri arasında əla münasibətlər var. Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana böyük diqqət ayırmalıdır, belə ki, bu, yekunda Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.
V.Jirinovski, həmçinin bildirib ki, bir çox digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə hörmətlə yanaşırlar. Ölkədə 400 rus məktəbi, rus teatrı, universiteti fəaliyyət göstərir: "Həmişə pis şeylər haqqında danışmaq lazım deyil, cünki Azərbaycan var!"
Rus siyasətçi rusiyalı turistləri Azərbaycan kurortlarına səfər etməyə çağırıb: "Azərbaycan antirus partiyanın olmadığı yeganə ölkədir. Bu, sözün əsl mənasında dost ölkə deməkdir".
---------
11:25
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə "Rossiya 24" telekanalında Azərbaycan və Azərbaycan rəhbərliyi haqqında səsləndirdiyi fikirlərə görə təşəkkür edib.
Trend-in məlumatına görə, bu barədə Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.
Novruz Məmmədov qeyd edib: "Azərbaycan, onun ümummilli lideri və Prezident İlham Əliyev haqqında "Rossiya 24" telekanalında dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm".
Prezident Administrasiyası rəhbərinin müavini həmçinin vurğulayıb ki, "RBK" kanalında bəzi jurnalistlər "Rossiya 24"ə baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var: "Amma görünür ki, "RBK"-nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez "səhv salırlar".
Qeyd edək ki, Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.
O, qeyd edib ki, real müsbət nümunə var: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".
Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib.
O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb.
Jurnalistin sualını cavablandıran RLDP lideri Azərbaycanın pespektivdə Gömrük İttifaqına daxil olma ehtimalını istisna etməyib.
V.Jirinovski qeyd edib ki, Azərbaycan və Rusiya rəhbərləri və hökumət üzvləri arasında əla münasibətlər var. Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana böyük diqqət ayırmalıdır, belə ki, bu, yekunda Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.
V.Jirinovski həmçinin bildirib ki, bir çox digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə hörmətlə yanaşırlar. Ölkədə 400 rus məktəbi, rus teatrı, universiteti fəaliyyət göstərir: "Həmişə pis şeylər haqqında danışmaq lazım deyil, çünki Azərbaycan var!"
Rus siyasətçi rusiyalı turistləri Azərbaycan kurortlarına səfər etməyə çağırıb: "Azərbaycan antirus partiyanın olmadığı yeganə ölkədir. Bu, sözün əsl mənasında dost ölkə deməkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər - VİDEO - FOTO
-
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
XƏBƏR LENTİ
-
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
-
Restoranda hürüb, bıçaqla gəzib
-
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
-
Böyük Britaniyanın ilk milyarder idmançısı oldu
-
Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...”
-
Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş
-
"Sevdiyim sensin"in aktrisası bu seriala çəkilir - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələləri günün əsas mövzusudur
-
“Eşref Rüya” final edir
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş





