Siyasət

Suriyada daha bir azərbaycanlı döyüşçü öldürüldü

31 Yanvar 2014 16:08
1 Şərh     Baxış: 792

Suriyada daha bir azərbaycanlı öldürülüb

APA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, "Muhammed" kimi tanınan azərbaycanlı döyüşçü Suriyanın Şam bölgəsində Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb.

Mücahidlər onun meyitinin fotosunu yayıblar. Onun Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.