Siyasət

Azərbaycan İtaliya və Almaniya ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - FOTO

31 Yanvar 2014 17:16
Baxış: 348
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.

Həmçinin ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.