"Əgər Müsavat Partiyasında sağlam qüvvələr, müxalifətçilik, müsavatçılıq ruhunu, Məhəmməd Əmin Rəsulzadə, Elçibəy yolunun davamçısı olmaq iddiasını ortaya qoysalar, həmin andan biz Müsavat Partiyası ilə əməkdaşlıq edəcəyik".
Bu barədə Trend-ə AXCP sədrinin müavini Nurəddin Məmmədli AXCP ilə Müsavat Partiyasının əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib.
N.Məmmədli qeyd edib ki, Müsavat Partiyasının özündə də partiyanın mövqeyi ilə razılaşmayanlar var: "Mənim Müsavat Partiyasında kifayət qədər dostlarım var, hətta bu konfliktlərin ən qızğın vaxtında belə biz onlarla əlaqə saxlayırdıq, məsələləri müzakirə edirdik və onların böyük bir hissəsi Müsavatın mövqeyini qənaətbəxş hesab etmirdilər. Mən hər halda Müsavat kimi tarixi ənənəyə, zəngin nümunələr yaratmış bir təşkilatın axırda sağlam qüvvələr vasitəsilə idarə olunacağına inanıram. Bu, baş verdiyi halda bizim Müsavatla əməkdaşlığımız ən yaxın formalarda inkişaf edəcək".
N.Məmmədli, həmçinin Milli Şuranın mahiyyətini itirdiyini deyən həmkarlarını savadsız adlandırıb: "Bu fikri söyləyən adamlar ya savadsızdılar, ya da qərəzlidirlər, Milli Şuraya qarşı kampaniya aparırlar. Milli Şuranın nə üçün yaranması onun ilkin sənədlərində aydın şəkildə öz əksini tapıb. Həmin sənəddə seçki ifadəsi bir yerdə belə keçməyib. Əgər bu qədər sadə, anlaqlı bir dildə Milli Şuranın vəzifə, səlahiyyət və perspektivi ifadə olunubsa, onu başqa istiqamətə yönəltmək, ona hansısa çalarlar vermək birbaşa hakimiyyətin xidmətində olmaq anlamına gəlir".
AXCP sədrinin müavini hesab edir ki, əslində Milli Şuradakı istefaları Milli Şuranın təmizlənməsi kimi qəbul etmək lazımdır: "Çünki bu gün Milli Şurada neçə nəfərin təmsil olunmasından çox, Milli Şuranın hansı missiyanı yerinə yetirməsi, kimə və nəyə xidmət etməsi önəmlidir. Orada təmsil olunan adamların 30, 50, hətta 300, 500 nəfər olması heç nəyi dəyişə bilməz. Təmizlənməyə qədər Milli Şuranın xalqa yaxınlaşması istiqamətində göstərdiyimiz səylər heç də effektli olmurdu. Çünki ona hakimiyyətin təsiri altında olan müəyyən qüvvələrin ciddi təzyiqləri var idi. Bu gun bunlar aradan qalxıb. Milli Şura yarandığı gündən həll edə bilmədiyi xeyli sayda problemləri artıq həll edib, o cümlədən Koordinasiya Şurası yaradılıb".
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra Müsavat Partiyası ilə AXCP arasında qarşılıqlı ittihamlar açıq müstəviyə keçib. Hətta Müsavatın Milli Şuradan istefa etməsi səbəbindən AXCP bu partiya ilə müttəfiqlik etməkdən imtina edib.
Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli öncə Trend-ə bildirib ki, prezident seçkiləri qurtardıqdan sonra Milli Şura artıq öz aktuallığını itirdi, çünki Milli Şura əsasən seçkilərdə vahid namizədlə iştirak etməyə hesablanmış bir qurum idi.
Milli.Az
Siyasət
AXCP sədrinin müavini: "Həmin andan biz Müsavat Partiyası ilə əməkdaşlıq edəcəyik"
31 Yanvar 2014 14:10
Baxış: 409
DİGƏR XƏBƏRLƏR
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...
-
Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”
-
Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışladı
-
Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir - FOTO
-
Əli Əkbər Vilayəti və Kamal Xərrrazi: Azərbaycana qarşı fars şovinizminin iki dayağı
-
"Donbasdan çıxmaq Ukrayna üçün qəbuledilməzdir"
XƏBƏR LENTİ
-
Üzündən oxuya bilmir, hər il yarısı ana dilindən kəsilir - Rus bölmələrində dil problemi - VİDEO
-
Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur
-
"100 mini Aysun verdi, qalanını Fazil müəllim həll edəcək"
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Balaəlinin ailəsində xoş gün
-
Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu
-
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO
-
"Telegram" 128 min manat cərimələndi
-
Elektron siqaretlər niyə qadağan olunur? - Deputat açıqladı
-
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı - FOTO
-
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı - FOTO
-
“Barselona”nın futbolçusunu güllələdilər - FOTO
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Şahruddin əməliyyat olundu
-
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTV-yə bu kadrlara görə xəbərdarlıq edilmişdi
-
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var
-
Arda Gülerdən 20 milyon dollarlıq JEST
-
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı - FOTO
-
Rus kürüsü Trampa necə çatdı?
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...





