Ermənistan hərbçiləri vaxtaşırı işğal olunmuş ərazilərimizdə müxtəlif miqyaslı hərbi əməliyyatlar keçiriblər. Azərbaycan torpaqlarının işğalı fonunda qanunsuz əməllərinin sırasının genişləndirilməsi cəzasız qalır.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Politoloq deyib ki, ermənilər işğal olunmuş ərazilərimizdə yeni qanunsuz əməllər "ixtira etdikcə" biz də onların bu ixtiralarına qarşı cavab addımları işləyib hazırlamalıyıq: "2013-cü ildə rəsmi Yerevan Dağlıq Qarabağa aviareys təşkil etməkdən ötrü hədsiz çoxlu səylər göstərdi. Həm ATƏT-lə, həm də Rusiya ilə münasibətlərində aviareyslərin təşkili mövzusunu xeyli aktuallaşdırsa da, Ermənistanın bütün cəhdləri nəticəsiz qaldı. Bu nəticəsizliyin əsas səbəbi Azərbaycanın atdığı rəsmi addım idi: Nazirlər Kabineti Azərbaycan ərazisində qanunsuz uçuşlarla bağlı təlimat hazırlayıb təsdiq etdi".
M.Əhmədoğlunun sözlərinə görə, Nazirlər Kabinetimizin Azərbaycan ərazisindən keçirilən hərbi təlimlərə aid eyni ilə belə təlimatı hazırlaması məqsədəuyğundur: "Ermənilər başa düşməlidirlər ki, Azərbaycan ərazisində icazəsiz hərbi təlim keçirmək onlara baha başa gələcək. Azərbaycan ərazisində hərbi təlimlərin keçirilməsinə dair icazə ilə bağlı Nazirlər Kabinetinin hazırladığı təlimat bizim müxtəlif hərbi strukturlarımız tərəfindən müxtəlif cür başa düşülə bilər. Anlaşılmazlıq yaratmağa cəhd edənlər də tapıla bilər. Bunun qarşısını almaq üçün hər bir hərbi strukturumuz təyinatı üzrə öz sahəsində icazə sahibi kimi rəsmiləşdirilməlidir. Məsələn, Ümumqoşun təyinatlı hərbi təlimlərin keçirilməsinə icazəni Müdafiə Nazirliyi verməlidir. Eyni münasibət Sərhəd və Daxili qoşunlara və s. aid edilməlidir. Bununla da beynəlxalq ictimaiyyət Azərbaycanın daha bir hərbi iradəsi ilə tanış olacaq. Ermənilər son vaxtlar işğal olunmuş ərazilərimizdə keçirdikləri hərbi təlimlərin sayını azaldıblar. Görünür, onların hərbi kəşfiyyatı müəyyən məlumatlar alıblar. Beynəlxalq ictimaiyyət Azərbaycanın hərbi siyasi iradəsinin yeni nümunəsi ilə rastlaşanda Azərbaycanın hərbi gücünə inamı daha da artıracaq".
Politoloq deyib ki, BMT TŞ-nin qeyri-daimi üzvü olmuş Azərbaycanın siyasi-diplomatik gücü heç kimdə şübhə yaratmır. İqtisadi gücümüzü və bacarığımızı da hamı qəbul edir. Hərbi qüdrətimizi beynəlxalq aləmə tanıtmaqda yubanırıq. Nazirlər Kabinetinin Azərbaycan ərazisindəki hərbi təlimlərlə icazə qaydaları təlimatı bu yubanmanın qarşısını ala bilər.
Milli.Az
Siyasət
Politoloq: "Azərbaycan ərazisində hərbi təlimlərin keçirilməsinə icazə qaydalarının işlənib hazırlanması vacibdir"
31 Yanvar 2014 13:39
Baxış: 440
DİGƏR XƏBƏRLƏR
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...
-
Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”
-
Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışladı
-
Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir - FOTO
-
Əli Əkbər Vilayəti və Kamal Xərrrazi: Azərbaycana qarşı fars şovinizminin iki dayağı
-
"Donbasdan çıxmaq Ukrayna üçün qəbuledilməzdir"
XƏBƏR LENTİ
-
Üzündən oxuya bilmir, hər il yarısı ana dilindən kəsilir - Rus bölmələrində dil problemi - VİDEO
-
Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur
-
"100 mini Aysun verdi, qalanını Fazil müəllim həll edəcək"
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Balaəlinin ailəsində xoş gün
-
Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu
-
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO
-
"Telegram" 128 min manat cərimələndi
-
Elektron siqaretlər niyə qadağan olunur? - Deputat açıqladı
-
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı - FOTO
-
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı - FOTO
-
“Barselona”nın futbolçusunu güllələdilər - FOTO
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Şahruddin əməliyyat olundu
-
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTV-yə bu kadrlara görə xəbərdarlıq edilmişdi
-
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var
-
Arda Gülerdən 20 milyon dollarlıq JEST
-
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı - FOTO
-
Rus kürüsü Trampa necə çatdı?
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...





