Siyasət

Fransa Konstitusiya Şurasının üzvü: "Erməni soyqırımı"na tarixçilər qiymət verməlidirlər

31 Yanvar 2014 12:42
Baxış: 361

"Erməni soyqırımı"na tarixçilər qiymət verməlidirlər

Trend-in məlumatına görə, Fransa Konstitusiya Şurasının üzvü Gi Kanive belə hesab edir.

Gi Kanive azərbaycanlı jurnalistlərə deyib:

"Hesab edirəm ki, bu məsələ ilə bağlı ən yaxşısı bütün azadlığı, eləcə də tarixi axtarışların, sənədləşmələrin, araşdırmaların və nəşrlərin azadlığını tarixçilərə buraxmaq lazımdır".

Qeyd edək ki, Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.