Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır
Şuşada daşların üzərinə adların, o cümlədən şəhidlərimizin adlarının yazılması ətrafında yaranan ictimai qınaq tamamilə haqlıdır. Çünki məsələ bir neçə sözün daş üzərində görünməsindən qat-qat böyükdür. Burada söhbət insanın tarix qarşısında öz yerini necə anlamasından gedir.
Tarixi məkan insanın şəxsi dəftəri deyil. Şəhərin divarı xatirə albomu, qədim daş isə avtoqraf kitabçası deyil. Şuşaya gələn hər kəs orada öz izini qoymağa yox, Şuşanın izini özü ilə aparmağa çalışmalıdır.
Bu şəhər Azərbaycanın adi yaşayış məntəqələrindən biri deyil. Şuşa yaddaşdır, ağrıdır, qürurdur, qayıdışdır. Onun daşında yüzilliklərin nəfəsi, küçələrində itirilmiş zamanın səsi var. Belə bir məkanda "mən burada olmuşam" deməyin ən pis forması məhz bunu divara və ya daşa yazmaqdır. İnsan tarixin qarşısında öz adını böyütmək istəyərkən bəzən yalnız öz mədəniyyətsizliyini böyüdür.
Şəhidlərin adlarının bu şəkildə yazılması isə məsələni daha ağır edir.
Şəhidin adı reklam deyil, qraffiti deyil, təsadüfi divar yazısı deyil. O ad artıq dövlətin, xalqın və tarixin yaddaşındadır. Şəhidlərimizin xatirəsinə ölkənin müxtəlif yerlərində abidələr, parklar, xiyabanlar, memorial komplekslər yaradılıb. Onların adını yaşatmağın yolu tarixi daşı boyamaq deyil. Bəzən hörmət etdiyini düşünən insan məhz hörmətin sərhədini bilmədiyi üçün hörmətsizlik edir.
Şəhidlərin adı daşların üstünə yox, millətin vicdanına yazılıb. Oradan onu heç kim silə bilməz.
"Yaxşı niyyət" də belə hallara bəraət qazandıra bilməz. Mədəniyyət niyyətdən yox, davranışdan görünür. İctimai əmlaka, tarixi binaya, abidəyə, şəhər infrastrukturuna münasibətdə əsas meyar insanın nə düşündüyü deyil, nə etdiyi olmalıdır.
Bir müddət əvvəl Nizami Kino Mərkəzinin binasında baş verən analoji hallar da cəmiyyətdə haqlı narazılıq yaratmışdı. Bu gün bir divara yazılan sözə göz yumularsa, sabah həmin məntiq abidəyə, qala divarına, tarixi fasada keçəcək. Vandalizm həmişə böyük dağıntı ilə başlamır. Bəzən ilk addım sadəcə bir marker, bir boya qutusu və "bundan nə olacaq ki?" düşüncəsi olur.
Avropanın bir sıra şəhərlərində nəzarətsiz qraffiti mədəniyyətinin binaları, küçələri, hətta tarixi məhəllələri necə vizual xaosa çevirdiyini görmək mümkündür. Küçə sənəti ilə vandalizm arasında çox sadə fərq var: sənət məkanı zənginləşdirir, vandalizm isə onu özbaşınalığın səthinə çevirir.
Ona görə də məsələ yalnız ictimai qınaqla bitməməlidir. Qayda varsa, məsuliyyət də olmalıdır. Şəxsin statusu, vəzifəsi, tanınmışlığı və ya niyyəti burada heç nəyi dəyişmir. Tarixi və ictimai məkana zərər vuran hər kəs eyni hüquqi və mənəvi ölçü ilə qiymətləndirilməlidir.
Biz Şuşanı azad etmək üçün qan tökmüşük. İndi onu qorumaq üçün mədəniyyət göstərməliyik.
Çünki torpağı düşməndən almaq qəhrəmanlıqdır. Onu öz nadanlığından qorumaq isə sivilizasiya.
Elçin Alıoğlu
TREND
DİGƏR XƏBƏRLƏR
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
Onlar Moskvaya konkret təkliflə gedirlər - Tramp
-
"Dünya Çempionatından 18 milyard qazandıq"
-
Tramp İrana xəbərdarlıq etdi
-
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Serhat Kılıç evində ölü tapıldı
-
"Yeşilçam"ın ulduzu Sibel Turnagöl indi görün nə işlə məşğuldur - (Foto)
-
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib
-
Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
-
Rihannanın açıq-saçıq geyimi müzakirə yaratdı - (Foto)
-
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
-
Nadir illər sonra müəllimini tapdı
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır
-
Ərdoğan 4 klub prezidentini qəbul edib - (Foto)
-
Neymar 6 həftə oynamayacaq
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Səudiyyə Ərəbistanı ABŞ-dən 5 milyard dollarlıq aviabomba alır
-
15 dəqiqəyə hazırlanan qış kompotunun resepti
-
Türk məşhurların villaları uçurulacaq
-
Müəllimlərin işə qəbulu müsahibəsinin nəticələri açıqlandı
-
"Bir həftədir ürəyini, damarını yoxlatdırmayan varsa, mütləq yoxlatdırsın"
-
Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
-
“Nexta” Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - “Euronews”
-
Dünyanın ilk alışqanlı smartfonu
-
Dünya xəritəsi dəyişir - Tarixi qərar
-
Rusiyada qadının qarnından 17 kq-lıq şiş çıxdı
-
Küsülü olan Afaq Bəşirqızı ilə Əməkdar artist bir arada - (Foto)
-
Dünyada ilk dəfə: Donor tapa bilmədi, donuz böyrəyi ilə yaşadı - (Foto)





