Dünya xəritəsi dəyişir - Tarixi qərar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ölkələrin və qitələrin həqiqi ölçülərini daha düzgün əks etdirən yeni dünya xəritəsindən istifadəni təşviq edən qətnaməni qəbul edib. Afrika ölkələrinin təşəbbüsü ilə hazırlanan "Xəritəni düzəlt" adlı qətnaməyə 164 ölkə dəstək verib, 6 ölkə bitərəf qalıb, yalnız ABŞ əleyhinə səs verib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, söhbət xüsusilə uzun illərdir geniş istifadə olunan Merkator proyeksiyasından imtina edilməsinə və qitələrin ölçülərini daha real göstərən Equal Earth proyeksiyasının təşviqinə yönəlmiş təşəbbüsdən gedir.
16-cı əsrdə flamand kartoqraf Gerardus Merkator tərəfindən hazırlanmış xəritə proyeksiyası naviqasiya üçün əlverişli olsa da, qütblərə yaxın ərazilərin ölçüsünü olduğundan böyük göstərir.
Bu səbəbdən xəritədə Afrika öz real ölçüsündən xeyli kiçik görünür. Məsələn, Merkator xəritəsində Qrenlandiya Afrika ilə təxminən eyni ölçüdə təsvir olunur. Halbuki Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.
Afrika ölkələri hesab edirlər ki, bu təhrif qitənin dünyadakı təsəvvürünə də təsir göstərib. Təşəbbüsün məqsədi Afrikanın xəritələrdə real ölçüsünün və qlobal əhəmiyyətinin daha düzgün əks etdirilməsidir.
Qətnamə Equal Earth xəritə proyeksiyasının daha geniş istifadəsini təşviq edir. Bununla belə, qərar hüquqi baxımdan məcburi xarakter daşımır.
Qətnamədə Merkator proyeksiyasının dəniz və hava naviqasiyasında istifadəsinin şübhə altına alınmadığı vurğulanır. Bu proyeksiya həmin sahələrdə hələ də funksional və əlverişli hesab olunur.
Səsvermədə qətnaməyə qarşı çıxan yeganə ölkə ABŞ olub. Vaşinqton bu təşəbbüsün "ideoloji gündəm" daşıdığını və beynəlxalq sülh, rifah və ölkələr arasında münasibətlər kimi real problemlərdən diqqəti yayındırdığını bildirib.
Afrika İttifaqının təşəbbüsünə rəhbərlik edən ölkələr isə qərarı mühüm tarixi addım kimi qiymətləndiriblər.
Təşəbbüsün tərəfdarları xəritələrin məktəblərdə, dərsliklərdə, mediada, biznesdə və rəqəmsal platformalarda daha düzgün coğrafi təsvirlər əsasında hazırlanmasını istəyirlər.
Beləliklə, BMT-nin qərarı ilə dünyada əsrlərdir geniş istifadə olunan xəritə təsvirinə yenidən baxılması istiqamətində mühüm addım atılıb. Məqsəd dünyanın siyasi sərhədlərini dəyişmək deyil, qitələrin ölçülərini xəritədə daha real göstərməkdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Fransada kütləvi talanların nəticəsi: 149 nəfər həbsə göndərildi
-
Tramp: "Makiyajımı özüm edirəm"
-
Derbi öncəsi "Qalatasaray"da ciddi itki: “Lill”lə oyunu da buraxacaq
-
Ermənistanın sabiq prezidentinin həbs müddəti ilə bağlı qərar
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
XƏBƏR LENTİ
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir





