Serhat Kılıç evində ölü tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli məşhur aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb.
Milli.Az-ın xəbərinə görə, hadisə saat 17:00 radələrində Nurtepe məhəlləsində baş verib.
Cümə axşamından bəri 51 yaşlı Kılıçdan xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gəlib. Qapını döyüb cavab almadıqdan sonra özündəki açarla mənzilə daxil olub.
Özlem E. aktyoru qonaq otağında kresloda hərəkətsiz vəziyyətdə tapıb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən qadın 112 Təcili Zəng Mərkəzinə zəng edib.
Hadisə yerinə polis və tibbi qruplar göndərilib. Tibb işçiləri Serhat Kılıçın öldüyünü təsdiqləyiblər.
Özlem E. polisə verdiyi ifadədə Kılıçın limfa xərçəngindən müalicə aldığını və cümə axşamından bəri onunla əlaqə saxlaya bilmədiyini bildirib.
Polis aktyorun ölümü ilə bağlı araşdırmanı davam etdirir.
Qeyd edək ki, Serhat Kılıç karyerası ərzində bir çox məşhur serialda fərqli obrazlara həyat verib. Aktyor xüsusilə "Seksenler" serialında canlandırdığı Ergün Plak obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. O, "Ezel" serialında Selim Uğurlu, "Söz" serialında Çolak, "Kuruluş Osman" serialında Mihael Kosses, "Kirli Sepeti" serialında Feyyaz Ağırtaş, "Mehmed: Fetihler Sultanı" serialında isə Molla Lütfi obrazlarını canlandırıb. Aktyor həmçinin "Öğretmen" serialında Taner Aslan, "Maraşlı" serialında Necati Türel və "Kardelenler" serialında Raci Korkmaz obrazları ilə tamaşaçı qarşısına çıxıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tuğba Ekinçi saxlanıldı
-
“Sabah” “Zirə”ni darmadağın etdi
-
Xəyalə Quliyeva “Maşın şou”da qazandığı avtomobillə foto paylaşdı
-
Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"
-
Serhat Kılıç evində ölü tapıldı
-
"Yeşilçam"ın ulduzu Sibel Turnagöl indi görün nə işlə məşğuldur - (Foto)
-
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib
-
Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
-
Rihannanın açıq-saçıq geyimi müzakirə yaratdı - (Foto)
-
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
-
Nadir illər sonra müəllimini tapdı
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır
-
Ərdoğan 4 klub prezidentini qəbul edib - (Foto)
-
Neymar 6 həftə oynamayacaq
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Səudiyyə Ərəbistanı ABŞ-dən 5 milyard dollarlıq aviabomba alır
-
15 dəqiqəyə hazırlanan qış kompotunun resepti
-
Türk məşhurların villaları uçurulacaq
-
Müəllimlərin işə qəbulu müsahibəsinin nəticələri açıqlandı
-
"Bir həftədir ürəyini, damarını yoxlatdırmayan varsa, mütləq yoxlatdırsın"
-
Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
-
“Nexta” Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - “Euronews”
-
Dünyanın ilk alışqanlı smartfonu





