Prezident İlham Əliyev Vyetnam Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:
"Zati-aliləri,
Vyetnam Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.
Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
İnanıram ki, birgə səylərimizlə Azərbaycan ilə Vyetnam arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edərək xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
-
Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
-
Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
-
Prezident İlham Əliyev Vyetnam Prezidentinə təbrik məktubu ünvanlayıb
-
BMT çıxılmaz vəziyyətdədir, Prezident İlham Əliyev çıxış yolu təklif edir: Dünya niyə yenidən islahatdan danışdı?
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Həkimlərin maaş artımı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür
-
300 min hektar ərazi minalardan təmizlənib
-
Hindistanda blogeri ağaca bağlayıb yandırdılar
-
Moskvadan Bakıya gələn sərnişinin ayaqqabısından 11 patron çıxdı
-
Mourinyodan sərt qaydalar: Həmin futbolçular matçı buraxacaq
-
Azərbaycanda vəzifəli şəxslərə hökm oxundu
-
2 700 dollar qazandı, 135 dollar vergi ödəməlidir - Səbəb
-
“Mançester Siti”dən 145 milyonluq rekord transfer
-
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
-
Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
-
"O geyimimi Vasif Məhərrəmli alıb, digər etdiklərini deməyə utanıram" - (Video)
-
Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
-
Bu şəxslərin maaşı artırılır - 3 min manatadək...
-
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Vyetnam Prezidentinə təbrik məktubu ünvanlayıb
-
1,2 milyon manatlıq körpü açılışda çökdü - (Video)
-
Almaniya Rusiyanın Baş Konsulluğunu bağlayır
-
Dövlət sərhədini pozan 17 nəfər tutulub
-
Mal əti bahalaşdı
-
Kiprdə batan gəminin fəlakətdən 1 gün əvvəlki görüntüsü: Sərnişinlərin qışqırıqları eşidilir - (Video)
-
Bu tələbələrə 2 min manat mükafat veriləcək
-
Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - (Video)
-
"Mançester Siti" 76 milyonluq hücumçu transfer etdi - (Foto)
-
Goranboydakı yanğınla bağlı 5 min nəfər təxliyə edilib - Post quraşdırıldı - (Yenilənib)





