Messinin xanımından duyğusal paylaşım
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmaq qərarı həyat yoldaşı Antonella Rokutsonun da emosional paylaşımına səbəb olub.
Milli.Az xəbər verir ki, Messi avqustun 31-də Argentina milli komandasında çıxışını dayandıracağını açıqlayıb. Bundan sonra Antonella Rokutso sosial şəbəkə hesabında futbolçuya ünvanlanan duyğusal mesaj paylaşıb.
O, Messinin milli komandadakı uzunmüddətli karyerasını məhz belə başa vurmasından böyük qürur hissi keçirdiyini bildirib. Rokutso illər ərzində futbolçunun keçdiyi çətinliklərin, uğursuzluqların və yenidən mübarizəyə qayıtmasının yaxın şahidi olduğunu vurğulayıb.
Antonella Rokutso xüsusilə övladlarının atasının arzuları uğrunda necə mübarizə apardığını görərək böyüməsinin onun üçün xüsusi məna daşıdığını qeyd edib. Onun sözlərinə görə, uşaqları Messinin heç vaxt təslim olmadığının və sonda qarşısına qoyduğu əsas məqsədlərə çatdığının şahidi olublar.
Rokutso Messi ilə birlikdə Dünya Kubokunu qazanmağın ailələri üçün ən xoşbəxt anlardan biri olduğunu deyib. O, futbolçunun keçdiyi yolun və qarşılaşdığı bütün çətinliklərin böyük hekayəyə çevrildiyini bildirib.
"Səninlə qürur duyuram. Keçdiyin yolla, aşdığın bütün çətinliklərlə və hər şeydən əvvəl, bütün bu anların arxasında dayanan insanla. Bütün bunları sənin yanında yaşamaq böyük xoşbəxtlikdir. Səni sonsuz sevirik", - deyə Antonella Rokutso yazıb.
Qeyd edək ki, Messi 2005-ci ilin avqustundan Argentina millisində çıxış edir. O, yığmanın heyətində 207 oyuna çıxaraq 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
Hücumçu altı dünya çempionatında - 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə iştirak edib. Messi 2022-ci ildə dünya çempionu olub, 2014 və 2026-cı illərdə isə gümüş medal qazanıb. O, 2014 və 2022-ci illərdə dünya çempionatının ən yaxşı futbolçusu seçilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı





