Hadisə

Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - (Video)

2 Sentyabr 2026 10:55
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda 7A marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlərlə sürücü arasında narazılıq yaşanıb.

Milli.Az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində baş verib.

Məlumata görə, sərnişinlərin avtobusa arxa qapıdan minməsi sürücünün narazılığına səbəb olub. O, etiraz edərək avtobusu idarə etməkdən imtina edib.

Sürücü "Sürmürəm!" deyərək nəqliyyat vasitəsini saxlayıb.

Sərnişinlər avtobusdan düşdükdən sonra nəqliyyat vasitəsi yenidən hərəkətə başlayıb.

Hadisənin görüntüləri təqdim olunan videoda əks olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.