Siyasət
Xankəndi hava limanı üçün avadanlıq satmış şirkət Azərbaycandan üzr istədi
7 Avqust 2012 17:43
Baxış: 710
Xankəndi hava limanı üçün naviqasiya avadanlığını verən Fransanın "THALES" şirkəti üzr istəyib. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib.
"Xankəndi hava limanı üçün naviqasiya avadanlığını Fransanın "THALES" şirkətinin filialı verib. Bununla bağlı biz cari ilin may ayında şirkətin vitse-prezidenti ilə görüşmüşük. Onlar bizdən üzr istəyərək Ermənistan tərəfindən aldandıqlarını bildiriblər. Amma biz bununla razılaşmayaraq ICAO-nun prezidentinə məktubla müraciət göndərmişik. Məktubda vurğulamışıq ki, əgər Fransanın həmin şirkəti avadanlığı kimə göndərdiyini bilmirsə, bu avadanlıq terrorçuların da əlinə keçə və təhlükəsizliyə qarşı istifadə edilə bilər. Müraciət vasitəsilə təşkilatdan beynəlxalq hüquq normalarının yerinə yetirilməsi üçün müvafiq addımların atılmasını da xahiş etmişik", - Məmmədov əlavə edib.
Onun sözlərinə görə, ümumilikdə, bu hava limanının fəaliyyəti mümkün deyil. Yəni aeroport öz-özünə fəaliyyət göstərə bilməz. Əgər təyyarə havaya qalxırsa, başqa aeroporta enməlidir və bunun üçün hava məkanından istifadə etməlidir. Hava məkanı da Azərbaycanındır.
"Biz bu hava məkanından mülki hava gəmiləri üçün istifadəni qadağan etmişik. Nə üçün? Çünki biz ona nəzarət edə bilmirik və heç kim uçuşların təhlükəsizliyə zəmanət verə bilməz. Ona görə də, biz beynəlxalq aeronaviqasiya qaydalarına uyğun olaraq hava məkanını bağlı elan etmişik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bu qərarımızı qəbul edib. Əgər ermənilər Azərbaycanın hava məkanına qanunsuz daxil olarsa, deməli, beynəlxalq qaydaları pozmuş olacaq. Azərbaycan bəyan edib ki, öz ərazisində hazırda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir və bundan başqa yerdən havaya təyyarə qalxırsa, bu, hava məkanımızın pozulması halıdır", - o qeyd edib.
Məmmədovun sözlərinə görə, iyulun 23-də ICAO-nun prezidentindən cavab məktubu alıblar.
"Təşkilatın rəhbəri məktubunda bizim mövqeyi təsdiqləyir. Mən yazmışdım ki, heç bir dövlət tərəfindən Azərbaycanın qaydalarının pozmayacağına ümid edirəm. Təşkilat rəhbəri də mənim fikrimi bölüşdüyünü yazıb. Məktubda qeyd edilir ki, hava məkanı pozulursa, Azərbaycan həmin hava gəmisini hər hansı başqa hava limanında enməyə məcbur edə bilər. Amma məktubda o da qeyd olunur ki, məcburi eniş etdikdə, dinc insanlara və mülki hava gəmisinə ziyan toxunmamasına çalışmaq lazımdır. Təbii ki, təyyarədəkilərin dinc insanlar olmasını müəyyən etmək üçün də məcburi enişini təmin etmək lazımdır. Hansı tədbir görülməsi isə dövlətin öz hüququdur. Məktubda ICAO-nun rəhbəri bildirib ki, Xocalı hava limanı məsələsi ilə bağlı Fransa şirkətinin nümayəndələri ilə əlaqə saxlayacaq və Azərbaycanın narahatlığını Ermənistan tərəfinə çatdıracaq", - Məmmədov bildirib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
-
Baş nazirdən Neftçala ilə bağlı yeni qərar: GES tikintisi müddəti 1 il uzadıldı
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
XƏBƏR LENTİ
-
Külli miqdarda çətənə kolları və silah-sursat aşkarlanıb
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
-
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi
-
Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü
-
Qaradağda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı
-
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı açıqlandı
-
Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı
-
Avtovağzal və Xocəsəndən gələnlərin NƏZƏRİNƏ: Metroda yeni keçid stansiyası tikilir
-
"Bəxtimiz gətirmədi" - Montella məğlubiyyətdən danışdı
-
Özünü prokurorluq əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxs həbs edilib
-
Yumurta bu gün də 1 qəpikdir - (Foto)
-
Tohoku zəlzələsi ilə bağlı yeni elmi araşdırma
-
Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışdan kənarlaşdırıldı - Yenilənib
-
Dünya bazarında Azərbaycan nefti bahalaşdı
-
Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?
-
Türkiyə üçün DÇ erkən bitdi
-
DİM sabah təkrar imtahan keçirəcək
-
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
-
BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
-
Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
-
Dünya maliyyə sistemində çatlar dərinləşir: Yeni böhran yaxınlaşır?
-
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
-
Göygöldə mikroavtobus aşdı, 4 nəfər xəsarət aldı
-
Burakın anasını özündən 8 yaş böyük aktrisa canlandıracaq