Milli maraqlardan qlobal nüfuza: Prezident İlham Əliyevin liderlik yolu
Dövrünün parlaq siyasi lideri, təcrübəli dövlət xadimi, Azərbaycan xalqının qürur tarixinin yaradıcısı Prezident İlham Əliyevin xalq və dövlət qarşısında tarixi xidmətləri əvəzsizdir.
Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində əsas rol oynayan siyasi liderdir.
Milli maraqlara söykənən müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı və prinsipial mövqeyini təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm daxili inkişaf, həm də beynəlxalq arenada mövqelərinin güclənməsi baxımından yeni mərhələyə qədəm qoyub. Azərbaycan tarixində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adı torpaqlarımızın azadlığı və milli qürurun bərpası ilə bağlı xüsusi yer tutur. Onun rəhbərliyi ilə Azərbaycan xalqı uzun illər davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü təmin etmişdir. Bu tarixi nailiyyət xalqın iradəsi, ordunun gücü və Prezident İlham Əliyevin qətiyyətli siyasi liderliyi sayəsində mümkün oldu. Prezident İlham Əliyev illər boyu səbirli, prinsipial və milli maraqlara əsaslanan siyasət yürütmüş, eyni zamanda güclü ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetinə çevirmişdir.
Prezident İlham Əliyevin prezidentliyi dövründə müasir ordu quruculuğu Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi formalaşıb. Bu siyasət bir neçə əsas sahəni əhatə edir və ordunun həm texniki, həm də institusional baxımdan gücləndirilməsinə yönəlib. Ordu quruculuğunda ən vacib istiqamətlərdən biri Silahlı Qüvvələrin müasir silah və hərbi texnika ilə təchiz olunması olub. Ordunun arsenalına yeni nəsil silah sistemləri, pilotsuz uçuş aparatları, artilleriya və hava hücumundan müdafiə vasitələri daxil edilib. Bu, ordunun döyüş qabiliyyətini və texnoloji üstünlüyünü artırmaq məqsədi daşıyıb. Müasir ordu quruculuğunda insan faktoru xüsusi önəm daşıyır. Bu baxımdan zabit və gizirlərin hazırlığı, hərbi təhsilin təkmilləşdirilməsi, hərbi akademiyalarda islahatlar aparılması diqqət mərkəzində olub. Gənc hərbçilərin bilik və bacarıqlarının artırılması üçün təlimlər və beynəlxalq təcrübədən yararlanma əsas istiqamətlərdən sayılıb. Ordunun idarə olunmasında çeviklik və operativlik müasir hərbi sistemin əsas tələblərindəndir. Bu məqsədlə komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, qərarvermə prosesinin sürətləndirilməsi və qoşun növləri arasında koordinasiyanın artırılması istiqamətində addımlar atılıb.
Yerli müdafiə sənayesinin qurulması və genişləndirilməsi də müasir ordu siyasətinin vacib hissəsidir. Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı ordunun daxili təminat imkanlarını artırmaqla yanaşı, texnoloji müstəqilliyin gücləndirilməsinə xidmət edib. Azərbaycan müxtəlif ölkələrlə hərbi əməkdaşlıq əlaqələri quraraq birgə təlimlərdə iştirak edib. Bu əməkdaşlıq ordunun müasir döyüş təcrübəsi qazanmasına və beynəlxalq standartlara uyğunlaşmasına şərait yaradıb. Ümumilikdə, Prezident İlham Əliyevin dövründə müasir ordu quruculuğu uzunmüddətli və sistemli siyasət kimi həyata keçirilib və məqsəd ölkənin təhlükəsizliyini təmin edə bilən, çevik, peşəkar və müasir texnologiyalara əsaslanan Silahlı Qüvvələrin formalaşdırılması olub.
Məhz bu strateji yanaşma nəticəsində Azərbaycan Ordusu yüksək peşəkarlıq, müasir texnika və döyüş ruhu nümayiş etdirərək torpaqlarımızı azad edib.
Torpaqların azad edilməsi yalnız hərbi qələbə deyil, eyni zamanda tarixi ədalətin bərpası, xalqın milli ləyaqətinin və dövlət suverenliyinin tam təmin olunması deməkdir. Bu qələbə Azərbaycan xalqının birliyini və Prezident İlham Əliyevin "Qalib Xalqın Qalib Lideri" kimi tarixə düşməsini təsdiqləyib. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri qələbənin davamı olaraq gələcəyə inamla baxmağın göstəricisidir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış hədəfi tarixi ədalətin bərpası ilə yanaşı, milli birliyin və dövlət suverenliyinin möhkəmləndirilməsini ifadə edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələri və təhlükəsiz yaşayış mühitinin yaradılması bu prosesin ardıcıl və planlı şəkildə həyata keçirildiyini göstərir.
2025-ci il 8 avqust tarixində keçirilən Vaşinqton görüşü Prezident İlham Əliyevin növbəti diplomatik uğuru oldu. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə aparılmasında göstərdiyi qətiyyət öz məntiqi nəticəsini tapdı. Amerika Birləşmiş Ştatları Prezidentinin Azərbaycan liderinin şəxsiyyətinə sərgilədiyi hörmət və minnətdarlıq Cənubi Qafqazda cərəyan edən proseslərə yeni yanaşma idi. Və bu yeni yanaşmanın fəlsəfəsinin əsasında Prezident İlham Əliyevin prinsipiallığı, diplomatik bacarıqları və praqmatizmi dayanır.
Qalib Xalqın Qalib Lideri olaraq Prezident İlham Əliyevin hədəfləri Azərbaycanın güclü, müasir və firavan dövlət kimi inkişafını təmin etməyə yönəlib. Hər zaman Azərbaycan xalqının dəstəyinə arxalanan Liderimizə bu şərəfli fəaliyyətinin həyata keçirilməsində tükənməz enerji və uğurlar arzu edirik!
Sevil Mikayılova
Ümumdünya Parlamentlərarası İttifaqının (IPU) İcraiyyə Komitəsinin vitse-prezidenti, Milli Məclisin deputatı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
XƏBƏR LENTİ
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı





