Siyasət

Ərdoğan Zakir Həsənovun müşavirini 1-ci Ordunun komandanı təyin etdi

14 Avqust 2025 09:16
Baxış: 702

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla Silahlı Qüvvələrdə genişmiqyaslı kadr dəyişiklikləri aparılıb.

Milli.Az xəbər verir ki, qərar "Resmi Gazete"də dərc olunub.

Sərəncama əsasən, Quru Qoşunları Komandanlığında xidmət edən 119 general, Hərbi Hava Qüvvələrində 31 general, Hərbi Dəniz Qüvvələrində isə 35 admiralın vəzifələri dəyişdirilib.

Bu dəyişikliklər çərçivəsində Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışan ordu generalı Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tərkibindəki 1-ci Ordunun komandanı təyin olunub.

Qeyd edək ki, avqustun 5-də Bəxtiyar Ersaya ordu generalı hərbi rütbəsi verilib. O, 2022-ci ildən etibarən Azərbaycan müdafiə nazirinin müşaviri kimi fəaliyyət göstərirdi.

Kənan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.