Bu ölkənin həm İsraillə, həm də HƏMAS-la əlaqələri üzə çıxdı - Türkiyənin "müttəfiqidir"
İsrailin aparıcı müdafiə şirkətləri "Elbit Systems", "Rafael" və "Israel Aerospace Industries" ilə Qətər arasında imzalanan milyardlıq müqavilələr barədə məlumatlar ortaya çıxıb. Bu sazişlər Baş nazir Binyamin Netanyahunun, müdafiə nazirliyinin və İsrail ordusunun yüksək səviyyəli rəsmilərinin təsdiqi ilə reallaşıb. "Elbit Systems"in Qətərlə 100 milyon dollardan çox dəyərində müqaviləsi, "Rafael"in onlarla milyonluq anlaşmaları, "Israel Aerospace Industries" rəhbərliyinin dəfələrlə Dohaya səfər etməsi və yüksək səviyyəli görüşlər keçirməsi bu əməkdaşlığın nə qədər ciddi olduğunu göstərir.
Bu məlumatlar Qazzada HƏMAS qrupu üçün Qətərin gizli maliyyə və digər yardımlarını işıqlandıran sənədlərin ələ keçirilməsindən sonra məlum olub. Xüsusilə 2021-ci ilin may ayında HƏMAS lideri İsmail Haniya tərəfindən göndərilən mesajda Qətər Əmiri Tamin bin Həməd Əl Tani'nin HƏMAS-ın gizli maliyyə dəstəyinə dair özəl razılaşması qeyd edilir. Bundan başqa, sənədlərdə Qətər kəşfiyyatının HƏMAS-ın xüsusi təlim bölmələri ilə əlaqələri və Suriyadan Livana qaçan fələstinli qaçqınların HƏMAS formalaşmalarına inteqrasiyası barədə də müzakirələrdən bəhs edilir.
Bu faktlar bölgədəki siyasətin çoxqatlı və mürəkkəb olduğunu bir daha sübut edir. Qətər İsraillə rəsmi müdafiə əlaqələri qurarkən, eyni zamanda, HƏMAS kimi qrupla gizli əlaqələri saxlayır. Bu da bir çox suallar doğurur və regional siyasətdə ikili oyunların davam etdiyini göstərir.
Belə bir vəziyyətdə bəzi türk media qurumlarının tərəf tutması, Azərbaycan-İsrail münasibətlərinə yönəlik sərt və seçici tənqidləri gözə çarpır. Azərbaycan öz suveren qərarları əsasında İsraillə əlaqələrini inkişaf etdirir. Bu, ölkənin xarici siyasət prioritetlərindən biridir və beynəlxalq səviyyədə normal qəbul edilir. Amma bəzən Türkiyə mediasında Azərbaycan sanki Qəzza hadisələrinin baiskarı kimi təqdim olunur. Halbuki, Qətərin İsrail ilə müdafiə əməkdaşlığı və HƏMAS-ın maliyyələşdirilməsi kimi məsələlərə diqqət yetirilmir. Türkiyənin ən yaxın müttəfiqi olan Qətərin bu cür siyasəti çox vaxt medianın gündəminə gəlmir.
Hadisələri ədalətli qiymətləndirmək üçün bütün regionda mövcud olan bu çoxqatlı maraqları nəzərə almaq lazımdır. Dövlətlərin strateji maraqları bəzən görünməz tərəflərdən ibarət olur və bu, siyasətdə normaldır. Azərbaycanın öz təhlükəsizliyi və inkişafı üçün apardığı siyasətə qarşı yalnız bəzi məsələləri seçərək tənqid etmək obyektiv yanaşmadan uzaqdır.
Türk mediası məsələlərə sadəcə bir tərəfdən baxmaq əvəzinə, bölgədə baş verənləri tam və doğru göstərməlidir. Qətərin həm İsraillə işləməsi, həm də HƏMAS-ı dəstəkləməsi kimi faktlar da unudulmamalıdır. Belə yanaşma oxuculara hadisələrin sadə olmadığını göstərər və hadisələri daha yaxşı anlamağa kömək edər. Bu, həm medianın inamını artırar, həm də insanların məsələlərə daha obyektiv baxmasına səbəb olar.
Bölgədə münasibətlər daim dəyişən maraqlar, tarixi əlaqələr və təhlükəsizlik prioritetləri üzərində qurulur. Bu şəraitdə həm dostluq, həm də rəqabət eyni anda mövcud ola bilər və bu balansın qorunması olduqca incə yanaşma tələb edir. Azərbaycan da regionun bir parçası olaraq öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək üçün müxtəlif ölkələrlə əlaqələr qurur. Bu əməkdaşlıqların əsas məqsədi ölkənin müdafiə qabiliyyətini artırmaq, texnoloji imkanlarını genişləndirmək və siyasi mövqeyini gücləndirməkdir. Bu, heç bir halda başqa ölkəyə və ya xalqa qarşı yönəlmiş addım deyil, əksinə, Azərbaycanın dövlət olaraq müstəqil qərar vermə haqqından doğur.
Belə bir kontekstdə Türkiyə mediasının məsələlərə daha balanslı və anlayışla yanaşması önəmlidir. Azərbaycanın atdığı addımları yalnız nəticə əsasında deyil, səbəbləri ilə birlikdə təhlil etmək həm ədalətli informasiya mühitinin formalaşmasına, həm də iki qardaş ölkə arasında qarşılıqlı güvən və anlayışın möhkəmlənməsinə töhfə verə bilər.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib





