Siyasət

Prezident: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi

28 May 2025 17:02
Baxış: 489

107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.