Siyasət

İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi

23 May 2025 14:19
Baxış: 1 081

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.

Dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında kənd təsərrüfatı sahəsində subsidiyalara, güzəştli kreditlərə, kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına və lizinqinə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması məqsədləri üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verə bilərlər.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.