Kamaləddin Qafarov: “Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir”
"Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyası artıq Cənub-Şərqi Asiyaya qədər uzanır. Vyetnam Sosialist Respublikası ilə Azərbaycanın əlaqələri getdikcə daha yüksək dinamika ilə inkişaf edir. Bu baxımdan mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri də böyük əhəmiyyət kəsb edir".
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
"Öz çıxışında cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Vyetnam arasında konstruktiv siyasi dialoq mövcuddur. Səfər çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat xüsusilə mühüm əhəmiyyət kədb edir. Bu sənəd Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldırmış oldu. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır".
Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin bəyanatında yer almış fikirlər Azərbaycan-Vyetnam əməkdaşlıq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir:
"Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Mayın 7-də imzalanmış sənədlərdə də bir çox istiqamətlər üzrə əməkdaşlıq təşviq olunur. Cənab Prezident öz bəyanatında vurğuladı ki, aparılan danışıqlar və əldə edilmiş razılaşmalar qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atıldığını deməyə əsas verir. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması isə onların əhəmiyyətini daha da artırır. Bəyanatda ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin təqdirəlayiq olduğu vurğulandı. Qeyd olundu ki, Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi şəkildə dəstəkləmişdir. Eyni zamanda, ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində effektiv birgə fəaliyyət göstərir. Azərbaycan bu təsisata 4 il uğurla sədrlik etmişdir və bir çox mühüm nailiyyətlərə imza atmağa müvəffəq olmuşdur. Bu gün Qoşulmama Hərəkatının daha nüfuzlu təsisat kimi fəaliyyəti, şübhəsiz ki, həm Azərbaycanın, həm də Vyetnamın maraqlarına uyğun gəlir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
-
Tramp yenidən prezident olmaq istədiyini bildirib
-
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
-
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
-
Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaş kimi qəbul olunur - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Rusiya Ermənistanın süd məhsullarına qadağa qoyur
-
Gəncədə yolun bir tərəfində dayanacaq var, digərində yoxdur - Sakinlər şikayətçidir
-
Müəllimini güllələməkdə təqsirləndirilən şagirdin məhkəməsində yeni qərar
-
İran ABŞ-ın atəşkəs təklifini rədd edib
-
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
-
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
-
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
-
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
-
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
-
Səhnədə başqa adla tanınırlar – Məşhur azərbaycanlı müğənnilərin əsl adları - (Video)
-
Sumqayıtda 1700 abonentin qazı kəsiləcək
-
ABŞ 60 ölkənin məhsullarına yeni rüsum tətbiq edir
-
FHN-dən isti hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun
-
Gürcüstan qaranlığa qərq oldu: Bir neçə şəhərdə işıqlar söndü
-
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
-
Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını götürüb qəza törətdi
-
Kukurelya saçlarını autizmli oğluna görə uzadırmış - (Foto)
-
Daha bir piyada ehtiyatsızlığının acı sonu - Anbaan video
-
Türkiyədə bələdiyyə sədri və həyat yoldaşı həbs edildi - (Foto)
-
BMW 318 mindən çox avtomobili geri çağırır
-
Naxçıvanın bir hissəsində qazın verilişi dayandırılır
-
Tehran 7 ölkəni hədələdi: “Cavab hüququmuz var”
-
Aygün Bəylərin bacısı soyadını dəyişdi





