Azərbaycan və İran arasında Bakıda imzalanan sənədlər dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyur – Sevil Mikayılova
Azərbaycan-İran münasibətləri əsrlər boyu davam edən tarixi bağlara əsaslanır. İki ölkə arasındakı əlaqələr Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra davamlı olaraq inkişaf edib. İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin uzunmüddətli siyasi irsinin və Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində mümkün olub. Bu əlaqələr yalnız hər iki ölkənin müstəqil və milli maraqlarını qorumaqla məhdudlaşmır, həm də regional və qlobal səviyyədə qarşılıqlı hörmət prinsipi əsasında irəliyə aparılır. Ortaq tarixi irs, mədəniyyət, yaxın qonşuluq və qardaşlıq münasibətləri Azərbaycan və İran arasında davamlı və uğurlu əməkdaşlığın özülünü təşkil edir və gələcək layihələrin yeni istiqamətlərini müəyyənləşdirir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S. Mikayılova qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir.
"Pezeşkianın bu səfəri Azərbaycan-İran arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək və yeni strateji hədəflərə yönəltmək məqsədi daşıyır. Səfər çərçivəsində aparılan danışıqlar iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində konkret addımların atılmasına stimul verir. Həmçinin, Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında imzalanan Birgə Bəyanat ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və regional əməkdaşlığın inkişafında mühüm addım olduğunu əyani şəkildə göstərir. Bu sənədlər, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın hüquqi bazasını möhkəmləndirərək praktiki fəaliyyətin genişlənməsinə xidmət edəcək", - deyə deputat əlavə edib.
Sevil Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla mətbuata birgə bəyanatı Azərbaycan və İranın beynəlxalq arenada bir-birini dəstəkləyərək regional səviyyədə daha güclü bir mövqe tutduqlarını göstərir.
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki ölkə istər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Bu ifadə, Azərbaycan və İran arasındakı güclü və uzunmüddətli əlaqələrin bir təzahürüdür. Eyni zamanda, iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini və əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Çünki Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və beynəlxalq əməkdaşlıq formatı zəngindir. Həmçinin, İran Prezidenti Məsud Pezeşkianın Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi yalnız Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləmək deyil, həm də beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq prinsiplərinə uyğun bir yanaşmadır. Bu dəstək, həm İranın, həm də beynəlxalq ictimaiyyətin ərazi münaqişələrinə yanaşmasında əsas götürülən hüquqi prinsiplərinə sadiqliyini nümayiş etdirir", - deyə o əlavə edib.
Deputat bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələr tarixi köklərə və müasir əməkdaşlığa bağlıdır. Bu münasibətlər 1991-ci ildə Azərbaycanın müstəqilliyini qazandığı gündən rəsmi şəkildə inkişaf etməyə başlayıb.
"Diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur və bu, iki ölkə arasında güclü əməkdaşlıq əlaqələrinin əsasını qoyub. İran, Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb və bundan sonra iki ölkə arasında diplomatik münasibətlər qurulub. İranın Bakı şəhərində 1969-cu ildən fəaliyyət göstərən konsulluğu, 1992-ci ilin mart ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. İranın Naxçıvan şəhərində Baş Konsulluğu 1992-ci ilin mart ayından, Azərbaycanın Təbriz şəhərində isə Baş Konsulluğu 2004-cü ilin oktyabrından fəaliyyət göstərir", - deyə S. Mikayılova əlavə edib.
Deputatın sözlərinə görə, Azərbaycan və İran arasında son illərdə müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb.
"Bu sənədlərin imzalanması, iki ölkə arasındakı əməkdaşlığın nə qədər geniş və dərin olduğunu göstərir. İqtisadi sahədə də əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənir. Azərbaycan-İran əməkdaşlığı həmçinin, 3+3 regional məşvərət mexanizmi çərçivəsində də davam edir. Bu mexanizm, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan-Türkiyə kimi regional əməkdaşlıq formatlarını əhatə edir. Bu cür əməkdaşlıq regionda iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, həm də sabitlik və təhlükəsizliyin təmin edilməsinə kömək edir. Ümumiyyətlə, Azərbaycan-İran əlaqələri strateji əhəmiyyət kəsb edir və regionda sabitliyin təmin edilməsində konstruktiv rol oynayır", - deyə S. Mikayılova fikrini tamamlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
XƏBƏR LENTİ
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi





