Prezident və birinci xanım “Sea Breeze”də layihələrlə tanış olublar - VİDEO - FOTO
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma "Sea Breeze"də istismara verilmiş "Park Residences 2" layihəsi barədə məlumat verdi.
Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində "Sea Breeze" ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz "Park Residences 2" layihəsinin binalarında yerləşib.
Sonra Prezident İlham Əliyevə "Sea Breeze"in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.
Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.
Daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə birləşdirən "Sea Breeze" gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.
Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən "Sea Breeze" 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.
Əsas layihələri sahil zolağında yerləşən "Sea Breeze" gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.
Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan "Caspian Dream Liner" süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində "Sea Breeze" qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.
İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli memarlar cəlb olunur.
2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.
"Sea Breeze"də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, "Sea Breeze" ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergiödəyiciləri sırasında yer alıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var





