Zərifə xanım Əliyevanın həyatı mənəviyyat məktəbidir
Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu xalqın tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır.
Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb
Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.
Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər deyirdi: "O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi".
Ailənin yükünü zərif çiyinlərində mətanətlə daşıyan Zərifə xanım Vətənə layiqli övladlar yetişdirib. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: "Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi".
Amansız ölüm akademik Zərifə xanım Əliyevanı canından artıq sevdiyi ailəsindən, xalqından çox tez ayırdı. 62 il ömür sürmüş Zərifə xanım alim və insan kimi kamillik zirvəsinə yüksəldi. Bu böyük insanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir.
Milli Məclisin deputatı,
Əminə Ağazadə
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası
XƏBƏR LENTİ
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)





