Azərbaycanla Ermənistan arasında sülh Gürcüstan üçün niyə önəmlidir? - TƏHLİL
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib ki, Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda Gürcüstan üçün də son dərəcə önəmlidir.
"Azərbaycan Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq", - Kobaxidze bildirib. Baş nazir qeyd edib ki, ölkəsi Azərbaycanla olan çox yaxın dostluğa görə fəxr edir:
"Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyaya sahibik. Azərbaycan hakimiyyətinə Gürcüstana göstərdiyi güclü dəstəyə görə təşəkkür edirəm. İki ölkə arasında münasibətlər əladır, amma biz bu münasibətləri daha da gücləndirməyə qərarlıyıq". Rəsmi Tbilisi bundan əvvəl də dəfələrlə vasitəçiliyini təklif edib və proseslərin normallaşmasına dəstək verməkdə səmimi olduğunu bildirib. Məsələ burasındadır ki, Gürcüstan, doğrudan da, regionda sülh istəyir. Bunun bir neçə səbəbi var.
Milli.Az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov təhlil edib:
"Azərbaycanla Ermənistan arasında gərginlik Gürcüstanın maraqlarına cavab vermir. Tbilisi, əksinə, sülhdə maraqlıdır. Bunun bir neçə səbəbi var. Birincisi, Tbilisinin həm Bakı, həm İrəvanla normal münasibətləri var. Belə bir vaxtda Gürcüstan seçim qarşısında qalmaq istəmir. İkincisi, mümkün gərginlik Gürcüstanın daha da inkişafının qarşısını ala, təhlükəsizliyinə təhdid yarada bilər. Üçüncüsü, mümkün gərginlik kənar qüvvələrin- Rusiyanın və Qərbin bölgəyə müdaxilə etməsinə şərait yaradacaq. Tbilisi bunu istəmir.
Bütün bunları nəzərə alsaq deməliyik ki, Gürcüstan vasitəçilikdə və mümkün danışıqlara ev sahibliyində səmimidir. Bununla belə, Gürcüstanın bu məsələdə nə qədər effektiv ola biləcəyi sual altındadır. Qərb buna imkan verməz. Birincisi ona görə ki, Ermənistanın əsas havadarı olan Fransa və digər Qərb dövlətləri Cənubi Qafqazda sabitlik istəmirlər. İkincisi isə əgər danışıqlar qaçılmaz olarsa, Qərb özü buna ev sahibliyi etmək istəyəcək. Bununla belə, rəsmi Tbilisi səylərini və təkliflərini davam etdirəcək.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz





