"İqtisadi müharibə" başladı: İnflyasiya, işsizlik, bahalaşma olacaq...
Məlum olduğu kimi, Donald Tramp Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə, demək olar ki, Rusiyadan başqa hamısına yeni gömrük rüsumları tətbiq edib. Ölkəmizə 10 faiz gömrük rüsumu tətbiq olunacaq. Siyahıda Rusiyanın olmamasına səbəb isə bu iki ölkə arasında ticarət əlaqələrinin ümumiyyətlə dayandırılmasıdır.
Donald Tramp istəyir ki, daxili bazarı qorusun, ölkə iqtisadiyyatı canlansın, xaricdən gələn mallara tələbat azalsın. Onun istədiyi qısa vaxt müddətində mümkün olacaq, lakin, uzunmüddətli mərhələdə bu qərarlar həm ABŞ iqtisadiyyatına, həm də dünya iqtisadiyyatına mənfi təsir edəcək.
- Tramp Azərbaycana 10% rüsum qoydu
- Kürsüyə çıxıb dünyanı təhdid etdi - Gərginlik olacaq
- "Onlar dostumuzdur, amma bizi soyurlar"
Dünya Ticarət Təşkilatı qaydalarına əsasən hər hansı bir ölkənin ticarət maneələri yaratması digər dövlətlərə cavab tədbirləri görmək hüququ verir. Əgər ABŞ-nin tətbiq etdiyi rüsumlar genişlənərsə, digər ölkələr də cavab tədbirlər görəcək və qlobal ticarət müharibəsi yaranacaq.
ABŞ-nin Xəzinədarlıq Katibliyinin rəhbəri Skott Bessent açıqlama verərək bildirib ki, gömrük rüsumlarının tətbiqinə digər ölkələr cavab verməsə yaxşı olar, əks halda gərginlik yarana bilər. O, aşkar şəkildə iqtisadi müharibə ilə bağlı siqnal verib. Bəs Donald Trampın gömrük rüsumları ilə bağlı yeni qaydasının tətbiqi dünya iqtisadiyyatına necə təsir edə bilər?
Trampın bu siyasətinin əsas məqsədi iqtisadi cəhətdən Çindən asılılığı azaltmaqdır. Lakin bu addımın nəticələri təkcə ABŞ iqtisadiyyatı ilə məhdudlaşmır. Donald Trampın gömrük rüsumlarını artırması dünya iqtisadiyyatında ticarət münasibətlərini gərginləşdirərək istehsalat, istehlak və maliyyə bazarlarına ciddi təsir göstərəcək.
Bu qərardan ən çox Çin və Avropa İttifaqı kimi ABŞ-nin əsas ticarət tərəfdaşları təsirlənəcək. ABŞ bu ölkələrə qarşı daha yüksək tariflər tətbiq etdiyi üçün onlar da öz növbəsində cavab tədbirləri görərək ABŞ mallarına rüsumlar qoya bilər. Bu isə ticarət müharibəsinin daha da dərinləşməsinə və qlobal ticarətin zəifləməsinə gətirib çıxaracaq.
Bahalaşma olacaq
Gömrük rüsumlarının artırılması xarici malların qiymətini bahalaşdıraraq onların rəqabət qabiliyyətini azaldır. Bu isə idxal olunan məhsullara tələbin azalmasına və nəticədə ixracatçı ölkələrin iqtisadi artımının zəifləməsinə səbəb ola bilər.
Daha yüksək rüsumlar bahalaşmaya səbəb olacaq. Xüsusilə gündəlik istifadə edilən məhsullar, elektronika, avtomobillər və sənaye xammalı bahalaşa bilər. Müəssisələr artan xərcləri istehlakçılara ötürdüyü üçün inflyasiya yüksələcək və insanların alıcılıq qabiliyyəti azalacaq. Bu isə iqtisadiyyatda tələbin azalmasına gətirib çıxara bilər.
Məlum məsələdir ki, bir çox ABŞ şirkəti istehsal zamanı xarici xammaldan istifadə edir. Rüsumların artırılması xammalı bahalaşdırdığı üçün istehsal xərcləri artacaq. Bəzi şirkətlər də bu vəziyyətdən çıxış yolu kimi işçilərin ixtisarına başlayacaq. Yəni, idxal məhsullarına rüsum tətbiq edilməsi bəzi yerli istehsalçıları qoruya bilər, lakin uzunmüddətli perspektivdə sənaye sektoruna zərər vuracaq
İnflyasiyanın yüksəlməsi ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini artırmağa məcbur edə bilər. Bu da kredit faizlərinin bahalaşmasına və investisiya imkanlarının azalmasına səbəb olacaq. İnflyasiya nəzarətdən çıxarsa, iqtisadi böhran ehtimalı da güclənə bilər.
Ticarət müharibəsi dərinləşsə...
Xarici ölkələr ABŞ məhsullarına qarşı cavab tədbirləri görsələr, bu, ixracatçı sektorlar üçün ciddi problemlər yaradacaq. Məsələn, Çinin və Avropa İttifaqının ABŞ-nin kənd təsərrüfatı və avtomobil sənayesinə qarşı rüsumlar tətbiq etməsi ABŞ-nin ixracatına ciddi zərbə vura bilər. Bu da iş yerlərinin ixtisarına və işsizliyin artmasına səbəb ola bilər.
Ticarət müharibələri investorlar arasında da narahatlıq yaradır. Bu da öz növbəsində fond bazarlarında dalğalanmalara səbəb olur. Sərmayəçilər riskdən qaçmaq üçün daha etibarlı investisiyalara üstünlük verir. Qlobal bazarlarda qeyri-müəyyənliyin artması korporativ investisiyaların azalmasına və səhmlərin dəyər itirməsinə səbəb ola bilər. Xüsusilə texnologiya, avtomobil və sənaye şirkətlərinin səhmləri Trampın rüsum siyasətindən birbaşa təsirlənə bilər.
ABŞ-nin digər ölkələrə qarşı sərt ticarət siyasəti yürütməsi onların alternativ bazarlara yönəlməsinə səbəb ola bilər. Məsələn, Çin və Avropa İttifaqı ABŞ-dən asılılığı azaltmaq üçün Asiya və Latın Amerikası bazarlarına daha çox diqqət yetirə bilər. Bu isə ABŞ-nin qlobal ticarətdəki payını azalda və uzunmüddətli iqtisadi böhran riskini artıra bilər.
Trampın bu siyasəti qısamüddətli dövrdə bəzi yerli istehsal sahələrinə müsbət təsir edə bilər, lakin uzunmüddətli perspektivdə iqtisadiyyata mənfi nəticələr verəcək. Daha bahalı idxal malları istehlakçıların xərclərini artıracaq, ABŞ sənayesinin istehsal xərclərini yüksəldəcək və ixrac sektorunu zəiflədəcək.
Trampın gömrük rüsumlarını artırması dünya iqtisadiyyatında ticarət balansını dəyişərək qlobal bazarlarda qeyri-müəyyənlik yaradır. Qısa müddətdə bəzi sahələrdə istehsal və məşğulluğa müsbət təsir göstərsə də, uzunmüddətli dövrdə qlobal ticarətin azalması, istehlak xərclərinin artması, inflyasiyanın yüksəlməsi və maliyyə bazarlarında risklərin artması kimi mənfi nəticələr doğura bilər. Əgər ticarət müharibəsi başlasa, dünya iqtisadiyyatında yavaşlama qaçılmaz olacaq.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





