Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı bir neçə əsas mesaj var
Xəbər verdiyimiz kimi, Ermənistan hökumətinin qərarı ilə Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi martın 21-dən 31-dək açılıb.
Milli.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz fikirlərini bölüşüb:
"Baş nazir Nikol Paşinyan çox çalışır ki, Türkiyə Ermənistan-Azərbaycan sülh sazişi imzalamadan ölkəsi ilə sərhədi açsın. Ankaranın mövqeyi qətidir: "İrəvan sərhədin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalıdır". Sülh sazişinin imzalanması ləngidiyindən Paşinyan Türkiyə ilə sərhədin açılması üçün başqa variantlar üzərində düşünür.
Paşinyanın təlimatıyla bir neçə gün əvvəl Türkiyənin bir qrup jurnalisti İrəvana dəvət edilir. Ermənistanın baş naziri onların suallarına cavabında Türkiyə ilə münasibətlərin normallaşmasını istədiyi fikrini dönə-dönə təkrarlayır. Bundan sonra Paşinyan Türkiyə istiqamətində ikinci addımını atır. İrəvan Suriyaya humanitar yük göndərmək adıyla Türkiyənin sərhədi müvəqqəti açmasını xahiş edir. Ankara bu xahişə "yox" deyə bilməzdi, çünki söhbət Türkiyənin də dəstək verdiyi Suriyaya humanitar yardımın çatdırılmasından gedir. Beləcə, İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını martın 21-də Ermənistan-Türkiyə sərhədindəki "Marqara" keçid məntəqəsindən keçib. Bu keçid məntəqəsi martın 31-dək açıq olacaq".
Politoloq qeyd edib ki, bununla 1993-cü ildən bağlı olan sərhəd məntəqəsi ilk dəfə açılmış oldu. Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib. Paşinyan bu sərhədin açıq qalması üçün Suriyaya kiçik həcmdə olsa belə humanitar yardımlar göndərməkdə davam edəcək.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib





