Əmri o, veribmiş... - “Hədəfdən yayınma ehtimalı 5-10 metr idi”
Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, budəfəki məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyana dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən suallar verilib.
Levon Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində "İskəndər M", "Toçka U" və "Smerç" silahları olmayıb.
Bundan başqa, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən Mnatsakanyan qondarma rejimin "müdafiə naziri" olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.
O, Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verilməsi barədə də prokurorların suallarını cavablandırıb və deyib ki, bu cür atəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi verə bilərdi. "Baş qərargah rəisi əgər əmr verə bilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlə razılaşdırmalı idi?" sualına isə L.Mnatsakanyan "Müharibə zamanı baş qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə".
"Ölkənin rəhbəri deyəndə Ermənistanda kim nəzərdə tutulur?" sualına isə təqsirləndirilən şəxs "Ermənistanda Baş nazirdir. Həmin vaxt baş qərargah rəisi Onik Qadparyan, baş nazir isə Nikol Paşinyan idi" cavabını verib.
O, həmin raketlərin hədəfdən yayınma ehtimalının təxminən 5-10 metr olduğunu deyib. Prokurorun "Sizcə, 44 günlük müharibə zamanı Gəncə, Bərdə və digər ərazilərdə mülki insanların öldürülməsi raketlərin hədəfdən yayınması nəticəsində olub, yoxsa hədəflər qəsdən seçilib?" sualına isə belə cavab verib: "Bir neçə dəfə olubsa, aydın məsələdir ki, nədir. Bir dəfədirsə, təsadüfdür, bir neçə dəfədirsə, təsadüf deyil... Bilmirəm"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
XƏBƏR LENTİ
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)





