Siyasət

Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır

15 Mart 2025 10:47
Baxış: 330

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başa çatmasını və sülh sazişinin əldə olunmasını alqışlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı bu razılaşmanın bölgədə sabitlik və rifahın yeni mərhələsinə gətirib çıxaracağına ümid edir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.