ICMP-nin hazırladığı hesabat Azərbaycan XİN-ə təqdim edilib
Xarici İşlər Nazirliyindən 2018-ci ilin may ayında Dövlət Komissiyasına daxil olmuş məktubda Azərbaycanın Niderlanddakı səfirliyinin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) Siyasət və Əməkdaşlıq üzrə Direktoru ilə 17 may 2018-ci il tarixdə keçirilmiş görüşündə bu qurum ilə əməkdaşlıq imkanlarının müzakirə olunması barədə məlumat verilmiş və bu əməkdaşlığın təşkilata üzvlük və ya ikitərəfli saziş əsasında həyata keçirilməsi ilə bağlı rəy bildirilməsi xahiş edilmişdir.
Trend xəbər verir ki, bunu bu gün Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın katibi Qəzənfər Əhmədov "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, məsələ ilə bağlı Dövlət Komissiyası tərəfindən bu sahədə digər imkanların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi baxımından faydalı olacağı nəzərə alınaraq, XİN nümayəndəsinin iştirakı ilə ICMP ilə müzakirələrin aparılması məqsədəuyğun hesab edilib.
"2021-ci ildə Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri hörmətli Hikmət Hacıyevin təşəbbüsü ilə İCMP ilə yenidən müzakirələr aparılmışdır. 2021-ci ilin noyabrında ölkəmizin Niderland Krallığındakı səfiri ilə Haaqa şəhərində keçirilmiş görüş zamanı ICMP Azərbaycanla əməkdaşlıq etməyi və bununla bağlı müvafiq sənədin imzalanmasını təklif edib.
Məsələ ilə əlaqədar olaraq, 2022-ci ilin əvvəlindən etibarən PA-nın, XİN-in, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşlarının iştirakı ilə ICMP-nin rəhbərliyi ilə bir neçə dəfə onlayn görüş keçirilmiş və müzakirələr aparılıb.
2022-ci ilin aprel ayının 4-də İCMP-nin Baş direktoru Katrin Bomberger və qurumun Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı Dövlət Komissiyası və İCMP arasında Protokol imzalanıb", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin 5-16 iyun tarixlərində ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycana səfər etmiş, səfər çərçivəsində Siyasət və Əməkdaşlıq üzrə direktor Andreas Kleyzer və qurumun proqram meneceri Karmen Osorno Solis Dövlət Komissiyasında və bir sıra aidiyyəti dövlət qurumlarında qəbul olunublar.
"Səfər zamanı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məqsədilə ICMP tərəfindən ölkəmizdə Qiymətləndirmə missiyası həyata keçirilmiş, missiyanın nəticəsi olaraq ICMP tərəfindən hazırlanmış hesabat XİN-ə göndərilmiş, aidiyyəti dövlət qurumları tərəfindən hesabatla bağlı rəy və təkliflər hazırlayaraq XİN-ə təqdim edilmişdir", - deyə Qəzənfər Əhmədov qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı





