Biz hazırda Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik.
Milli.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"Ötən il Azərbaycan Suriyaya humanitar yardım karvanı göndərib. Biz hazırda onlara müxtəlif istiqamətlərdə yardımlar təklif edirik.
Seçimlərindən asılı olaraq yardım göstərəcəyik. Suriyanın beynəlxalq münasibətlər sistemində tam yer alması vacibdir. Bu istiqamətdə də yardım göstərməyə hazırıq", - nazir qeyd edib.
Milli.Az