Sülh müqaviləsi ilə bağlı VACİB AÇIQLAMA: 15 maddə razılaşdırıldı
Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.
Milli.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.
Onun sözlərinə görə, sülh müqaviləsinin layihəsi 17 maddə və preambuladan ibarətdir: "Preambula və 15 maddə üzrə demək olar mətnlər tam razılaşdırılıb. 2 maddə üzrə isə açıq suallarımız var. Həmin açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Artıq bir neçə raund danışıqlar olub və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. İşlər davam edir".
Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər: "Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində danışıqlar davam etdirilib. Eyni zamanda sülh müqaviləsi üzrə də çoxsaylı görüşlər həyata keçirilib, həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Burada da açıq suallar qalmasına baxmayaraq, bəlli irəliləyişlər əldə edilib".
XİN rəhbəri bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var: "Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana ərazi iddiaları var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İtkinlər məsələsində ikili yanaşma: Qırmızı Xaçın fəaliyyəti sual altında
-
İrəvandakı konfransın əsl məqsədi: Ermənistan nədən yayınmağa çalışır?
-
4 010 azərbaycanlının taleyi niyə gizli saxlanılır?
-
Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - (Foto)
-
İtkinlərin taleyi ilə bağlı Ermənistanın yerinə yetirmədiyi vədlər
XƏBƏR LENTİ
-
Naftalanda 3 məktəblini maşın vurub - Yenilənib
-
"Polad Alemdar"ın son halı müzakirə yaratdı - (Foto)
-
Bakıda villada qanlı hadisə - (Video)
-
“Bitcoin” ucuzlaşdı
-
Tramp: İran bizim şərtlərimizi qəbul etmir
-
Yeni rekord olacaq: Bütün biletlər satıldı
-
45 yaşlı kişinin boyun damarı kəsildi - Vəziyyəti ağırdır
-
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
-
Ordubadda ər-arvad eyni gündə vəfat etdilər
-
BDU-nun prorektoru vəzifəsindən azad edildi - (Foto)
-
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə “Eternity-2026” təlimi başa çatıb - (Foto)
-
Anar Ağakişiyevin eşitmə və danışma məhdudiyyətli gəlinlə bağlı paylaşımı maraqla qarşılandı - (Video)
-
Ləfxanımın atası, Xocalı soyqırımının şahidi Xocalıda dəfn olundu - (Foto)
-
Metroda problem yarandı, qatarlar yubandı
-
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edilib - (Foto)
-
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
-
Qətlə yetirilən Gülarənin atası - “Ayxan 2 ay idi gecələr yatmırdı” - (Foto)
-
Şuşa, mənim vətənim və uşaqlığım: həyat, xatirə hekayəsi və sülh mesajı
-
Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü - Detallar
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
-
80 yaşlı Ajda Pekkanın son halı müzakirə yaratdı (Video)
-
Uşağın aqressiv davranışının arxasında hansı səbəblər dayanır? - Müsahibə
-
Qəza dayanma nişanı hansı məsafədə qoyulmalıdır?





