İlham Əliyev Maykl Tuçini və Bernard Kaminetskini qəbul edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.
Milli.Az xəbər verir ki, qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlətimizin başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırladılar. Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə Prezident İlham Əliyevə təşəkkür etdilər.
Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını dedilər və qeyd etdilər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılmış nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir.
Maykl Tuçin və Bernard Kaminetski, həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Dövlətimizin başçısı da öz növbəsində qeyd etdi ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar, eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir.
Dövlətimizin başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd etdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
-
Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
XƏBƏR LENTİ
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
Bakıda binada uçqun - Mənzillərin tavanı çöküb
-
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb - Rəsmi
-
Cavid Ağaməliyev həbs edildi
-
Sədr vəzifəsindən çıxarılan Zakir Quliyev sabiq deputatın qardaşıdır
-
Çində güclü zəlzələ oldu
-
Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi - (Video)
-
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
-
Avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
-
Hər bölümdən milyonlar qazanırlar - Qiymət
-
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nazim Qasımzadəyə vəzifə verildi
-
Anası ali təhsilli olan şagirdlərin nəticələri... - Emin Əmrullayev
-
İcra başçısının yaxın qohumu işdən çıxarıldı - (Foto)
-
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı





