İlham Əliyev İqor Babuşkini qəbul edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Milli.Az xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları, eyni zamanda, keçmiş məcburi köçkünlərin oraya tezliklə köçürülməsinin təmin edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və Şərqi Zəngəzurda - böyük bir ərazidə də var.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial infrastrukturun yaradılmasına verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.
Görüşdə Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.
Prezident İlham Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.
Qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.
İqor Babuşkin Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin həyata keçirildiyini bildirdi.
Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.
Qubernator İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - (Foto/Video)
-
İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib - (Foto)
-
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
-
"Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması yolunda irəliləyirik” - Paşinyan
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək
-
Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
XƏBƏR LENTİ
-
"Qızıl Top" reytinqi və əsas favorit açıqlandı
-
CENTCOM: SEPAH hədəflərinə zərbələr endirməyə başladıq
-
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
-
Qabriel Jezus “Barselona”da
-
Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri qınadı
-
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - (Foto/Video)
-
Sevinc Əzizovaya vəzifə verildi
-
Putin danışarkən Peskov yatdı - (Video)
-
Trabzonspor Fatih Tekke ilə yollarını ayırdı
-
İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib - (Foto)
-
Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı - (Video)
-
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
-
Ramiz Mehdiyevə yeni ittiham elan olundu
-
Sabah bu qəsəbədə qaz olmayacaq
-
Bağçada uşağın qanından psixotrop maddə tapıldı - DİN və Baş Prokurorluğa müraciət edildi - (Yenilənib)
-
Norveçin yeni kralı parlamentdə and içdi
-
Azərbaycan geosiyasi mövqeyindən peşəkarlıqla istifadə edərək dünyaya töhfə verir - Sahil Kərimli
-
Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib
-
Rusiya ordusu Zaporojyedə iki yaşayış məntəqəsini ələ keçirdi
-
Rafet El Romanın canlı ifası müzakirələr yaratdı - (Video)
-
Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı
-
"Əminəm ki, qalib gələcəyik" - Pezeşkian
-
Suriyada hərbi sursat daşıyan avtobus partladı: Ölən və yaralananlar var
-
Matteo Genduzinin “Lyon”a nifrətinin səbəbi bəlli oldu – Köhnə müsahibəsi gündəmdə - (Video)





