Siyasət

Qarabağ savaşı nəticəsində əldə edilən fürsət bölgənin inkişafı üçün bir şansdır - Fuat Oktay

7 Dekabr 2024 11:15
Baxış: 1 744

Dünyanın bir çox bölgəsində qeyri-sabitlik hökm sürür.

Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay söyləyib.

O bildirib ki, Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verənlər əlaqələrimizin daha da gücləndirilməsini labüd edir.

"Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır", -deyə o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.