Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələləri müzakirə olundu
6 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.
Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Səhər acqarına çörəkotu yemək bu problemi aradan qaldırır
-
3000 tonluq gəmiləri havaya qaldırır, 4 saatlıq yolu 40 dəq-ə endirdi
-
Məsum görünən dondurmanın 3 böyük təhlükəsi
-
Hollivudun ən çox pul qazanan aktyorları
-
8 saatlıq yuxu norması tarixə qovuşur?
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib





