Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Surinam Prezidenti ilə görüşdən məmnunluğunu bildirən dövlətimizin başçısı Çandrikapersad Santoxinin dəvəti qəbul edib, COP29 tədbirində iştirak etdiyinə görə minnətdarlığını bildirdi və vurğuladı ki, bu, ikitərəfli münasibətlərimizdə yüksək səviyyədə ilk rəsmi səfərdir. Azərbaycan Prezidenti bu səfərin əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edərək, onun səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirdi.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Surinam Prezidenti dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevin COP29 prosesində liderliyinin təqdir olunduğunu qeyd etdi və bu cür mötəbər tədbirin təşkilinə görə minnətdarlığını bildirdi. O, COP-a sədrliyin asan olmadığını dedi, ancaq bununla belə Azərbaycanın bu məsələdə liderlik göstərdiyini vurğuladı.
Söhbət zamanı xalqlarımız arasında dostluq münasibətlərinin olduğu bildirildi, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimizin yaxından əməkdaşlıq etdiyi qeyd edildi.
Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Qonaq Surinamdan olan tələbələrə Azərbaycanın ali təhsil müəssisələrində təqaüd verilməsi və universitetlərimiz arasında əməkdaşlığın yaradılması məsələsini diqqətə çatdırdı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlərin irəliləyə aparılması üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılıq əldə olundu.
Söhbət zamanı COP-un gündəliyində duran məsələlər və ölkələrimizin COP çərçivəsində, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - (Video)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - (Video)
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)





