Siyasət

Əli Əsədov Mixail Mişustinə zəng edib

15 Oktyabr 2024 15:18
Baxış: 626

Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının cari məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

İkitərəfli gündəliyin bütün məsələləri üzrə fəal birgə işi davam etdirməyə qarşılıqlı hazırlıq təsdiq edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.