Azərbaycana qarşı "səlib yürüşü": Bakı oyunları pozacaq - TƏHLİL
Son vaxtlar Azərbaycana qarşı təzyiqlər intensivləşib. Müxtəlif güclər, o cümlədən Fransa, ABŞ fərqli bəhanələrlə rəsmi Bakının nüfuzuna xələl gətirməyə çalışırlar. Onlar bu məqsədlə həm də Ermənistandan istifadə edirlər.
İndiki məqamda hərbi-siyasi təxribatların artması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük bir beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Görünən odur ki, bəzi güclər bunu, Azərbaycanın artan nüfuzunu həzm etmək istəmirlər. Bunu açıq şəkildə büruzə verirlər.
Əslində, bu, ilk belə hal deyil. Rəsmi Bakı əvvəllər də oxşar hallarla qarşılaşıb. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin "Formula 1" yarışları, Avroviziya musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də oxşar cəhdlərin şahidi olmuşduq.
Azərbaycan qurulan çirkin oyunların fərqindədir. Rəsmi Bakı müntəzəm olaraq müxtəlif səviyyələrdə yaydığı bəyanatlarla qurulan oyunları ifşa etməyə çalışır.
Qərbi Azərbaycan İcmasının (QAİ) da oktyabrın 8-də yaydığı bəyanatda bildirilib ki, COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrinin Azərbaycana qarşı təzyiqləri və hücumları daha da güclənir.
Qeyd olunub ki, müxtəlif anti- Azərbaycan qüvvələrin yaydığı bəyanatlar Azərbaycana qarşı son həftələrdə artan hücumların vahid bir mərkəzdən idarə olunduğunu bir daha göstərir.
Həmçinin, bəyanatda deyilib ki, Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir.
"Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında İcmamızın "Amnesty International" və "Human Rights Watch"a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir. Bütün bunlar "Amnesty International" və "Human Rights Watch"un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik, dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir.
Biz "Amnesty International" və "Human Rights Watch"un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq", - bəyanatda vurğulanıb.
Göründüyü kimi, adıçəkilən qurumlar son zamanlar Azərbaycana qarşı sanki "səlib yürüşü"nə başlayıblar. ABŞ, Fransa kimi dövlətlərdən maliyyələşən bu qurumlar Azərbaycanda insan haqlarının olmadığını, mətbuat azadlığının məhdudlaşdırıldığını iddia edirlər. Halbuki həmin dövlətlər özləri demokratiyadan çox uzaqdırlar. Bunu adıçəkilən ölkələrdə baş verən polis zorakılıqları aydın göstərir.
Yeri gəlmişkən, yada salaq ki, bu yaxınlarda Fransada keçirilən Yay Olimpiya Oyunları biabırçılıqlarla yadda qaldı. Olimpiada sözün əsl mənasında fiaskoya çevrildi. Bunu bütün dünya gördü.
Azərbaycan isə indiyədək bütün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Fransa kimi dövlətlər isə bunu qəbul etmək istəmirlər. Onlar həm birbaşa, həm də Ermənistan vasitəsilə Azərbaycana təzyiqləri gücləndirirlər.
Məhz COP29 ərəfəsində Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlmiş cəhdlər, habelə Ermənistanın silahlandırılması, hərbi təxribatlara çəkilməsi də bu kontekstdən qiymətləndirilməlidir.
Əlbəttə, qurulan oyunlar məqsədinə çatmayacaq. Artıq Azərbaycanda belə hallara qarşı immunitet formalaşıb. Bu isə onu deməyə əsas verir ki, rəsmi Bakı bütün təzyiq və maneələrə baxmayaraq, COP29-a da uğurla ev sahibliyi etməklə növbəti dəfə dünyanın mərkəzinə çevriləcək.
"Report" informasiya agentliyi
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
XƏBƏR LENTİ
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub





